"Naxçıvan" Universitetinin tələbələri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il iyunun 25-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetinin hamiliyə verilmiş “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrə görüş keçirilib.

Ətraflı: "Naxçıvan" Universitetinin tələbələri...

Naxçıvanda yeni istehsal müəssisələrinin təqdimatı olub

Muxtar respublikada sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırılıb. Həyata keçirilən tədbirlər nəticəsində hər il yeni istehsal sahələri yaradılır, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artırılır. Dekabrın 17-də Naxçıvan şəhərində müxtəlif təyinatlı yeni istehsal və xidmət sahələrinin təqdimatı olmuşdur.

Ətraflı: Naxçıvanda yeni istehsal...

Naxçıvanda “1001 Home” mağazası fəaliyyətə başlayıb

Muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu muxtar respublikada sahibkarlıq subyektləri tərəfindən yaradılan yeni-yeni istehsal və xidmət obyektlərinin istifadəyə verilməsindən aydın şəkildə görmək olar.

Ətraflı: Naxçıvanda “1001 Home” mağazası...

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” uğurla icra olunur

Aktiv məşğulluq tədbirləri içərisində yeni iş yerlərinin yaradılması məqsədilə sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi xüsusi önəm kəsb edir. Bu tədbirlər bir tərəfdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və genişləndirilməsi üçün stimullaşdırıcı xarakter daşıyır, digər tərəfdən müxtəlif təyinatlı müəssisələrdə yeni iş yerlərinin açılması ilə nəticələnir.

Ətraflı: “2021-2025-ci illərdə Naxçıvan Muxtar...

Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli Biznes Forumunda muxtar respublikanın nümayəndə heyəti də iştirak edib

Dekabrın 14-də Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli biznes forumu işə başlayıb. Tədbirin açılışında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Türkiyənin ticarət naziri Mehmet Muş və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak ediblər. Bu forum Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm layihələrin iştirakçısı olan Bakı, Tbilisi və Ankara arasında üçtərəfli əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyır. Azərbaycan-Türkiyə-Gürcüstan Biznes Forumu 2012-ci ildən bəri keçirilir. Bakı sayca VI foruma ev sahibliyi edir.

Ətraflı: Azərbaycan-Türkiyə-Gürcüstan...