Şərur rayonunun Çərçiboğan kəndində kompleks quruculuq işləri görülüb

Naxçıvan Muxtar Respublikasındakı sabitlik və tərəqqi ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının tərkib hissəsidir. Müstəqillik illərində əhalinin rahat yaşayışının təmin olunması və insan amilinə verilən dəyərin nəticəsidir ki, quruculuq işləri ilbəil genişlənir. Ulu öndərin siyasətinin uğurla davam etdirilməsi qədim diyarı inkişafının yeni mərhələsinə yüksəltmiş, həyata keçirilən quruculuq işləri bütün yaşayış məntəqələrini əhatə etmişdir. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi: “Naxçıvanlıların fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq prosesləri gedir”.

Ətraflı: Şərur rayonunun Çərçiboğan kəndində...

Babəkdə torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə seminar müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat Nazirliklərinin və  Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək  rayonunun Uzunoba kəndində torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib. Tədbiri  Babək Rayon İcra Hakmiyyətinin əməkdaşı Budaq Yusifov açaraq rayonda aqrar sahənin inkişafı istiqamətində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Ətraflı: Babəkdə torpaq mülkiyyətçiləri və...

Ötən il muxtar respublikada sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradılıb

Bu gün ölkəmizdə həyata keçirilən layihələrin uğur qazanmasında sahibkarların böyük rolu var. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası ilə əlaqədar özəl sektor qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi bir sıra istiqamətlərdə rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin yaradılmasına imkan verib.

Ətraflı: Ötən il muxtar respublikada...

Muxtar respublikanın iqtisadi potensialının artmasında ötən il sənaye mühüm rol oynayıb

Muxtar respublikada güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, müasir texnologiyaların tətbiqi son illərdə bu sahədə keyfiyyət və kəmiyyət baxımından müsbət istiqamətdə dəyişikliklərin əldə edilməsinə imkan yaradıb. Bu müddətdə dövlət proqramlarının, iri layihələrin uğurla icra edilməsi və əldə olunan müsbət nəticələr deyilənləri bir daha təsdiqləyir.

Ətraflı: Muxtar respublikanın iqtisadi...

Ötən il muxtar respublikada sahibkarlara 7 milyon 744 min manat güzəştli kredit verilib

Muxtar respublika iqtisadiyyatında özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın rolu böyükdür. Buna görə də son illər ailə təsərrüfatları inkişaf etdirilir, onların kiçik biznes subyektinə çevrilməsi məqsədilə dəstəkləyici tədbirlər həyata keçirilir. Bu da sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.

Ətraflı: Ötən il muxtar respublikada...