Tələbə iqtisadçılarla görüş keçirilib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət  Universitetinin “İqtisadiyyat” və “Menecment” ixtisasının tələbələri ilə görüş keçirilib. Görüşü giriş sözü ilə universitetin dekanı Əşrəf Ələkbərov açaraq tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışıb.

Ətraflı: Tələbə iqtisadçılarla görüş keçirilib

Naxçıvanda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i ölkəmizdə Anım Günü kimi qeyd olunur.

Ətraflı: Naxçıvanda Vətən müharibəsi...

Sərgilər yeni tərəfdaşların axtarışında səmərəli vasitədir

Son illər muxtar respublikada emal və istehsal müəssisələrinin sayının artması regioanumuzda sahibkarlıq fəaliyyətinə geniş yer verilməsinin göstəricisidir. Bu  müəssisələrdə istehsal olunan məhsullar daxili bazarın qorunmasında mühüm əhəmiyyət daşıyır. Dünyaya inteqrasiya olunduğumuz bir dövrdə artıq sahibkarlarla daxili bazarla kifayətlənməyərək həm də rəqabətdavamlı, ixracyönümlü məhsul istehsalına da ciddi fikir verirlər.

Ətraflı: Sərgilər yeni tərəfdaşların...

Əhalinin quş ətinə olan tələbatı yerli imkanlar hesabına ödənilir

Muxtar respublikada quşçuluq təsərrüfatının fəaliyyəti genişləndirilir. Belə ki, artıq quş ətinə olan tələbat yerli istehsal hesabına ödənilir. Muxtar respublikada daxili bazarı yüksək keyfiyyətli yerli ərzaq məhsulları ilə təmin edən müəssisələrdən biri olan “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cari ilin ötən dövrü ərzində 3 partiya olmaqla 101 min baş broyler cücə müəssisəyə gətirilmişdir.

Ətraflı: Əhalinin quş ətinə olan tələbatı...

Sahibkarlara yeni layihələr təqdim olunub

Sentyabrın 24-də Naxçıvan Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şərur Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə özəl bölmə nümayəndələrinin məlumatlandırılması və muxtar respublikada reallaşdırılması səmərəli hesab edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə sahibkarlarla görüş keçirilib.

Ətraflı: Sahibkarlara yeni layihələr təqdim...