İSO beynəlxalq standartlarının tətbiqinə və sənayedə brendləşməyə dair seminar keçirilib

Sentyabrın 17-də Naxçıvan Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə İSO beynəlxalq standartlarının tətbiqinə və sənayedə brendləşməyə dair seminar keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və sahibkarlıq subyektilərinin nümayəndələri iştirak edib.

Ətraflı: İSO beynəlxalq standartlarının...

Naxçıvanda indiyədək 4178 kiçik dövlət müəssisə və obyekti xüsusi mülkiyyətə verilib

Muxtar respublikada həyata keçirilən uğurlu islahatlar çərçivəsində özəlləşdirmənin sürətləndirilməsi, bu sahəyə iş adamlarının aktiv şəkildə cəlb edilməsi, o cümlədən özəlləşdirilən müəssisələrin müasir əsaslarla yenidən qurulması və fəaliyyətinin genişləndirilməsi, özəlləşmənin iqtisadiyyatın inkişafına təsirinin artırılması əsas prioritetlərdəndir. 

Ətraflı: Naxçıvanda indiyədək 4178 kiçik...

Naxçıvanda taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır

Naxçıvan Muxtar Respublikasında əhalinin etibarlı ərzaq təminatı iqtisadi siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Belə ki, bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlıqda qüvvəli və qaba yem ehtiyatının əldə edilməsində mühüm rol oynayır. Bu baxımdan taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulub.

Ətraflı: Naxçıvanda taxılçılığın inkişafı...

WorldFood Istanbul Beynəlxalq Qida sərgisində Naxçıvan şirkətləri təmsil olunur

Sentyabrın 9-da İstanbul TUYAP Sərgi  Mərkəzində 29-cu Beynəlxalq “WorldFood Istanbul-2021” qida məhsulları və texnologiyaları sərgisi açılıb.

Dünyanın müxtəlif ölkələrindən qida sənayesində fəaliyyət göstərən 1000-dən çox şirkətin məhsullarının nümayiş olunacağı sərgiyə muxtar respublikada fəaliyyət göstərən “Nur-Qida” MMC-nin, “Müasir Məkan” ət və ət məhsulları və “Savalan-s” kiçik müəssisələrinin nümayəndələri iştirak edir.

Ətraflı: WorldFood Istanbul Beynəlxalq Qida...

Tələbatdan artıq istehsal olunmuş buğda, arpa və qarğıdalı məhsullarının satın alınması barədə ELAN

Muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırılır ki, 2022-ci ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Gəmiqaya Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti və digər taxıl qəbulu müəssisələri tərəfindən tələbatdan artıq istehsal olunmuş buğda, arpa və qarğıdalı məhsulları aşağıda qeyd edilmiş qiymətlərlə satın alınacaqdır:

Ətraflı: Tələbatdan artıq istehsal olunmuş...