İqtisadiyyat Nazirliyinin əməkdaşları COVID-19 əleyhinə vaksinasiyaya cəlb olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin əməkdaşları  COVID-19 əleyhinə vaksinasiyaya cəlb olunub.

Ətraflı: İqtisadiyyat Nazirliyinin əməkdaşları...

Ali Məclis payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirib

Avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış etmişlər.

Ətraflı: Ali Məclis payız-qış mövsümünə...

Dövlət dəstəyi ailə təsərrüfatlarını daha da genişləndirməyə imkan verir

2021-ci ilin ötən dövrü ərzində rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin qurulması istiqamətində tədbirlər davam etdirilmiş, dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 72 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 49 sahənin yaradılması davam etdirilib. Bu dövr ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sənaye inkişafı üçün 3 layihənin maliyyələşdirilməsinə 115 min manat,  kənd təsərrüfatının inkişafı məqsədilə 79 layihənin maliyyələşdirilməsinə 2 milyon 233 min 478 manat, xidmət sahəsinin inkişafı məqsədilə 1 layihənin maliyyələşdirilməsinə 27 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.  

Ətraflı: Dövlət dəstəyi ailə təsərrüfatlarını...

Naxçıvanda məktəbli yarmarkası keçiriləcək

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  01-15 sentyabr  tarixlərində keçiriləcək məktəbli yarmarkası Naxçıvan şəhəri Xətai küçəsindəki Mərkəzi Bazarda, həmçinin rayon mərkəzlərində təşkil olunacaq. Hər gün saat 9:00-dan 14:00-dək xidmət göstərəcək yarmarkada əhaliyə münasib qiymətlərlə yüksək keyfiyyətdə məktəbli geyimləri və idman formaları, ayaqqabı və məktəbli ləvazimatları təklif olunacaq.

Ətraflı: Naxçıvanda məktəbli yarmarkası...

Əhalinin etibarlı ərzaq təminatında soyuducu anbarların mühüm rolu var

Yerli istehsalın inkişaf etdirilməsi ölkənin iqtisadi tərəqqisinə müsbət təsir göstərməklə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amillər nəzərə alınaraq muxtar respublika iqtisadiyyatının bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə yeni-yeni istehsal və xidmət sahələri istifadəyə verilir. Bunun nəticəsində də özəl sektorun, xüsusən də kənd təsərrüfatının daha da inkişafına səbəb olacaq layihələr reallaşdırılır. Dövlətin maliyyə dəstəyi ilə yaradılan belə istehsal və xidmət sahələri əhalinin keyfiyyətli yerli məhsullarla təmin edilməsinə şərait yaradır.

Ətraflı: Əhalinin etibarlı ərzaq təminatında...