Naxçıvanda meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə soyuducu anbarlara məhsul qəbulu davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 15-dən bu günə kimi anbarlara 3 min tondan artıq kartof tədarük olunub.
Kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə mövcud problemlərin mütərəqqi həlli yollarının işlənib hazırlanması məqsədilə qəbul olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatını, əsasən, yerli istehsal hesabına ödənilməsini təmin edib.
Tarixin bütün dövrlərində hər bir dövlətin qarşısında duran və bu gün də öz aktuallığını qoruyub saxlayan ən vacib vəzifələrdən biri əhalinin ərzaq məhsulları ilə etibarlı təminatıdır. Məhz buna görə də ölkəmizdə, eləcə də muxtar respublikamızda ərzaq təhlükəsizliyinin gücləndirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Bəşər sivilzasiyasının mədəniyyət ocağı olan Naxçıvanımız özünəməxsus təbiət gözəllikləri, zəngin flora və faunası ilə bu yurdun seyrinə gələnləri daim özünə heyran qoyur. Diyarımızın bağ-bağatlarında yetişən meyvələri, münbit torpaqlarında boyverən bitkiləri, ucu şişpapaqlı dağlarının bağrını yara-yara qaynayıb çağlayan buz bulaqları can dərmanıdır. Ekoloji saf məhsulları, gəzib-görməli yerləri, təmiz havası olan bu məkan bütün fəsillərdə bar-bəhərlərini, dillər əzbəri olan nemətlərini üzə çıxarır. Həmin nemətlər sırasında dünyanın hər yerində məşhur olan, insanlara unudulmaz damaq dadı bəxş edən mineral bulaqlarının adı da tez-tez çəkilir.
Naxçıvan Muxtar Respublikasında dayanıqlı sosial-iqtisadi inkişaf tempinin qorunub saxlanılmasında icrası uğurla həyata keçirilən Dövlət proqramlarının mühüm əhəmiyyəti vardır. Bu proqramlar çərçivəsində böyük inamla reallaşdırılan kompleks tədbirlər Naxçıvanda sosial-iqtisadi inkişafın davamlılığının möhkəmlənməsini təmin edir. İcrası davam edən proqramlar içərisində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın xüsusi yeri vardır. Proqramın icrası ilə bağlı ötən müddətdə görülən işlər muxtar respublikanın hərtərəfli inkişafını təmin etmiş, əhalinin sosial rifahının daha da yüksəlməsinə səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.