iyulun 15-dən soyuducu anbarlara məhsul qəbul olunacaq

Əhalinin etibarlı ərzaq təminatı ilin bütün dövrlərində, xüsusən soyuq qış aylarında vacib məsələlərdəndir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında daxili bazarın yüksəkkeyfiyyətli ərzaq məhsulları ilə təmin olunması üçün görülən tədbirlər sırasında soyuducu anbar komplekslərinin yaradılması mühüm əhəmiyyət daşıyır.

Ətraflı: iyulun 15-dən soyuducu anbarlara...

Meyvə və tərəvəz məhsullarının soyuducu anbarlara tədarükü ilə bağlı elan

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi   muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırır ki, tələbatdan artıq istehsal etdikləri meyvə və tərəvəz məhsullarını soyuducu anbarlara sata və ya icarə əsasında saxlaya bilərlər. Məhsulların tədarükünə 15 iyul 2021-ci il tarixdən başlanılacaq və dəyəri “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” MMC tərəfindən nəğd formada ödənilməklə aşağıdakı qiymətlərlə qəbul olunacaqdır:

Ətraflı: Meyvə və tərəvəz məhsullarının...

Naxçıvan məhsullarının ixrac imkanları genişləndirilir

Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası misilsiz inkişaf yolu keçmişdir. Qısa vaxt ərzində belə bir yeniləşmə və yüksəlişə nail olmaq çox çətindir. Muxtar respublikada həmin dövrdə həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri, yeni sənaye müəssisələrinin yaradılması, yerli istehsal sahələrinin genişləndirilməsi ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur. 

Ətraflı: Naxçıvan məhsullarının ixrac...

Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyası ilə Ukraynanın Poltava Ticarət və Sənaye Palatası arasında memorandum imzalanıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan və Ukrayna arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirmək məqsədilə yaradılan Ukrayna-Azərbaycan İşgüzar Şurasının Bakıda keçirilən ilk iclasında Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov Poltava Ticarət və Sənaye Palatası ilə memorandum imzalayıb.

Ətraflı: Naxçıvan Muxtar Respublikasının...

Naxçıvanda dünyanın nəhəng avtomobil müəssisələrinin müxtəlif təyinatlı və modellərdəki nümunələri istehsal olunur

Naxçıvan, 24 iyun, AZƏRTAC

Bu ilin ötən dövrü ərzində yeni modelləri sırasına daha bir avtomobil əlavə edən Naxçıvan Avtomobil Zavodunda “Changan minik-yük”, “Changan minivan” markalı avtomobillərin istehsalına başlanılıb. Bağlanmış müqavilələrə uyğun olaraq növbəti aylarda 200 ədəd “Lifan 650”, 60 ədəd “Lifan X70”, 76 ədəd “FAW” markalı minik və yük avtomobillərinin istehsalına başlanılması nəzərdə tutulur.

Ətraflı: Naxçıvanda dünyanın nəhəng avtomobil...