Qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılması davam etdirilir

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyasında ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin milli və beynəlxalq standartların tələblərinə uyğun olaraq müayinələri aparılır.

Ətraflı: Qida məhsullarının beynəlxalq...

Yeni Günəş Elektrik Stansiyası Naxçıvanda yaşıl texnologiyaların inkişafına böyük diqqətin nəticəsidir

Bu gün dünyanın iqtisadi baxımdan inkişaf etmiş ölkələrinin hər biri dayanıqlı enerji təhlükəsizliyinə malikdir. Xüsusilə enerji istehsalında bərpa olunan mənbələrdən istifadə edilməsi bu gün dünya enerji sektorunda yeni seqment kimi hər gün öz əhəmiyyətini daha da artırmaqdadır. Təsadüfi deyil ki, ABŞ, Almaniya, Finlandiya, Norveç, Danimarka, Yaponiya və Çin kimi ölkələr bu sahədə qabaqcıl yer tuturlar. Ölkəmizin və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının  təbii-coğrafi şəraiti və iqlim qurşaqları da bərpa olunan enerji mənbələrindən istifadənin mümkünlüyünü aktual məsələ kimi önə çıxarıb. Son illərdə bu sahədə ciddi addımlar atılıb, müxtəlif həcmli enerji istehsal edən obyektlər istifadəyə verilib. 

Ətraflı: Yeni Günəş Elektrik Stansiyası...