NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada kartofçuluq daha çox Şərur rayonunda inkişaf edib. Rayonun torpaq-iqlim şəraiti bu tərəvəzin əkilib becərilməsi üçün çox əlverişlidir. Ötən il 1350 hektar sahədə kartof əkən torpaq mülkiyyətçiləri bol məhsul götürüblər. Bu il də sahələrdə kartof əkini diqqətdə saxlanılıb. Xüsusən rayonun Aralıq, Cəlilkənd, Düdəngə, Xanlıqlar və Ələkli kəndlərində kartof əkininə daha geniş yer verilib. Hazırda sahələrdə məhsul yığımına başlanılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.
Mayın 26-da “Naxçıvan” Universiteti tərəfindən “Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyi: yerli istehsal və uğurlu nəticələr” mövzusunda konfrans təşkil olunub.
Konfransı giriş sözü ilə açan “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərtidir. Məhz buna görə də, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxlayıb və bu məsələnin gələcək nəsillər üçün olduqca vacib və aktual olduğunu nəzərə alaraq, ərzaq təhlükəsizliyi məsələsini özünün dövlətçilik strategiyasının əsas elementləri sırasına daxil edib.
1995-ci ildən fəaliyyətə başlayan “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqında istehsal müəssisələrinin lazımi fəaliyyətinə böyük diqqət göstərilir. Bu sahədə görülən işlərin bir qismini də belə müəssisələrin satış mərkəzlərinin yeni ofis bürolarının yaradılmasıdır. Həyata keçirilən tədbirlərin davamı kimi, “Cahan Sənaye Kompleksi” MMC-nin Bakıdakı Satış Mərkəzinin yeni “Magna” ofisi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi əməkdaşlarının “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadiyyat ixtisasının tələbələri ilə görüşü olub.