İqtisadiyyat Nazirliyinin yaradılması sahibkarlığın inkişafına dövlət dəstəyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoymuş və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirmişdir. Bu illər ərzində sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikasında sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, dövlət strukturları dünya təcrübəsinə uyğunlaşdırılmış, ümumi inkişafa xidmət edən qurumlar yaradılmışdır. İqtisadiyyat Nazirliyinin yaradılması ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının, o cümlədən struktur islahatlarının mühüm mərhələlərindən biridir.
Qahirənin tanınmış beşulduzlu “Concorde-El-Salam” hotelində “Made in Azerbaijan” brendli məhsulların təqdimatı Misirin nüfuzlu KİV-lərinin diqqət mərkəzində olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin II kurs “Menecment” ixtisasında təhsil alan tələbələrin Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin istehsal prosesi ilə əyani şəkildə tanışlığı təşkil olunub.
Müasir dövr muxtar respublika iqtisadiyyatında özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın rolununun daha da güclənməsi ilə xarakterizə olunur. Ailə təsərrüfatlarının inkişaf etdirilib, onların kiçik biznes subyektinə çevrilməsi üçün həyata keçirilən dəstəkləyici tədbirlər, bu mənada, sahibkarlığın da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.