Ölkəmizin ötən ilin mart ayından daxil olduğu pandemiya böhranından çıxışının ləngidiyini əvvəlki yazılarda qeyd etmişdik. İyunun 1-dək uzadılan karantin rejimi hələ də bir çox sahələri buxovda saxlayır. Belə ki, ilin geridə qalan ilk 3 ayı ərzində tənəzzül dayanmayıb. ÜDM-in 1,3 faiz azalması fonunda əsas kapitala yönələn vəsaitlər 19,4 faiz enərək, qeyri-neft sektoru üzrə 32,2 faiz, sənayedə isə 1,7 faiz təşkil edib.
Doğrudur, qeyri-neft sektorunda məhsul istehsalı 2,1, onun sənaye hissəsində isə 11,9 faiz artıb, amma kapital və kredit qoyuluşunun azalması fonunda bu göstəricilər üzrə də əks dinamika müşahidə oluna bilər.
Naxçıvan Muxtar Respublikasında mərkəzi icra hakimiyyəti orqanları üçün tərtib olunmuş “Muzey Günləri” çərçivəsində muzeylərə ekskursiyalar davam edir. Növbəti belə tədbir zamanı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi Naxçıvanın qədim tarixini, onun zənginliyini özündə yaşadan Qarabağlar türbəsində olub.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış genişmiqyaslı sosial-iqtisadi islahatlar nəticəsində iqtisadi və siyasi sabitlik təmin edilib, beynəlxalq aləmdə ölkəmizin nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib və iqtisadiyyatın dinamik inkişafının əsası qoyulub. Həyata keçirilən islahatların başlıca məqsədi isə güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulması və inkişaf etdirilməsi olub.
Ümummilli liderimiz Heydər Əliyevin müstəqil ölkəmizə rəhbərliyinin ilk illərindən iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan vermişdir. Müstəqil Azərbaycanın memarı olan ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir. Bütün bunlar isə sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.