Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafında çoxşaxəliliyin təmin olunması diqqət mərkəzində saxlanılır, yeni istehsal sahələri yaradılır, əhalinin məşğulluğu təmin edilir. Muxtar diyarımız kənd təsərrüfatı regionu olduğundan burada aqrar bölmənin müxtəlif sahələri inkişaf etdirilir. Xüsusilə heyvandarlığın inkişafı son illərdə muxtar respublikanın daxili tələbatının ödənilməsinə öz töhfəsini verir.
Muxtar respublikamızda həyata keçirilən tikinti-quruculuq işləri şəhərimizin simasını dəyişməklə yanaşı, həm də əhalinin rahatlığına xidmət edir. Bu istiqamətdə icra olunan layihələrdən biri də Naxçıvan şəhərində ötən ilin aprel ayından tikintisinə başlanılan “ASAN xidmət” mərkəzinin binasıdır. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada beton-qəlib işləri başa çatdırılıb, zirzəmi hissəsində hörgü işləri yekunlaşdırılıb.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası hər bir sahənin inkişafı üçün konkret hədəf və məqsədlərin, onlara nail olunma yollarının dəqiq müəyyən edilməsini şərtləndirir. Bu strategiyanın əsas hədəfi olan vətəndaşların həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsi məqsədilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması, sahibkarlığın inkişaf etdirilməsi, müasir müəssisələrin açılması, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi və digər istiqamətlər üzrə sistemli tədbirlər həyata keçirilmişdir.
14 aprel 2021-ci ildə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən 2020-2021-ci tədris ili üçün İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və ali təhsil müəssisələri ilə qarşılıqlı təsdiq olunmuş tədris planına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş “Menecment” ixtisasında təhsil alan tələbələrilə növbəti görüş keçirilib. Görüşün əsas məqsədi iqtisadiyyat sahəsinin gələcək kadrlarına muxtar respublikanın sosial-iqtisadi inkişafı, sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə dövlət dəstəyi tədbirləri haqqında ətraflı məlumat vermək olub.
20 aprel 2021-ci ildə "Azərbaycan-Türkiyə iş adamları forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda onlayn tədbir keçiriləcək. Forumda Azərbaycan və Türkiyənin mikro, kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.Onlayn foruma qatılacaq yerli sahibkarlar biznes əlaqələrini genişləndirmək, Türkiyənin biznes təcrübəsini öyrənmək, bu bazara çıxış imkanları ilə tanış olmaq imkanı əldə edəcəklər.