Bu gün muxtar respublika iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Dövlət tərəfindən aqrar sahədə infrastruktur layihələrinin davamlılığı, kənd təsərrüfatı sahəsinə dövlət qayğısının artırılması, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də, kreditlərin verilməsinin sürətləndirilməsi aqrar sahənin inkişafına müsbət təsirini göstərir.
Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hər il ənənəvi olaraq sahibkarlarla görüşür, onların fəaliyyəti ilə maraqlanır, görüləcək işlərin, qarşıya qoyulan vəzifə və tapşırıqların konturları müəyyənləşdirilir. Növbəti belə görüş fevralın 27-də Naxçıvan Biznes Mərkəzində keçirildi və bu görüşdə sahibkarlarla birgə aidiyyəti dövlət qurumları da iştirak edirdi. Biz də hər dəfə keçirilən görüşlərin mahiyyəti haqqında oxucularımıza məlumat verir, görüləcək işlərdən bəhs edirik. Qərara aldıq ki, növbəti dəyirmi masada sahibkarlığın inkişafı ilə bağlı keçirilən həmin görüşdə müvafiq dövlət qurumlarına verilən tapşırıqları elə həmin qurumların nümayəndələri ilə birgə müzakirə edək. Beləliklə, redaksiyamızın qonaqları Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Çinarə Balayeva, Dövlət Gömrük Komitəsinin Gömrük əməliyyatları və risklərin idarə edilməsi bölməsinin rəis əvəzi Turqut Abbasov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Əli Şərifovdur.
Azərbaycan “Prodekspo-2021” sərgisində iştirak edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sərgi aprelin 12-dən 16-dək Moskvadakı “Eksposentr”də keçiriləcək. Sərgidə 42 ölkədən 1548 şirkət təmsil olunacaq. Rusiya Federasiyasının 34 subyektindən olan 250 şirkət regional kollektiv sərgiləri təqdim edəcəklər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kəngərli rayonunda 2 hektarlıq ərazidə yeni püstə bağının salınmasıyla muxtar respublikamızda püstə bağlarının ümumi sahəsi 104 hektara çatdırılıb. Naxçıvan-Çalxanqala yolunun ətraflarında 800 püstə tingi əkilib. Ekoloqlar əraziyə yeni püstə fidanlarının əkilməsini aqrotexniki tələblərə uyğun həyata keçiriblər. Gələcəkdə bu bağın damcı üsulu ilə suvarılması üçün də müvafiq işlər həyata keçirilib.
Ötən il dekabrın 29-da Naxçıvan şəhərində yeni "Gənclər şəhərciyi" yaşayış kompleksi istifadəyə verilib. Gənc ailələrin rahatlığını təmin etmək məqsədilə həyata keçirilən tədbirlər bu gün də davam etdirilir. Sözügedən şəhərciyin ərazisində yeni yaşayış kompleksinin tikintisi aparılır.