Aprelin 23-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində “25 aprel - Sahibkarlar Günü” və “Pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin faiz borclarının subsidiyalaşdırılması” mövzusunda tədbir keçirilib.
Tədbirin əsas məqsədi sahibkarlığın inkişafı ilə bağlı aparılmış islahatlar, eləcə də pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin kredit yardımını alması barədə sahibkarların məlumatlandırılmasıdır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadiyyat ixtisasının tələbələri ilə görüş keçirilib.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatda və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə olunan müsbət meyillər özünü göstərməkdə davam edir. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq olunan Dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılıb.
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı dinamik hal alıb. Yəni ildən-ilə bu sahədə məhsul istehsalı həcminin yüksələn xətlə inkişaf etdiyini görürük. 2020-ci ilin statistikasına nəzər salsaq, bu göstəricinin əvvəlki illə müqayisədə 4,6 faiz artdığını görürük. Yeri gəlmişkən, bu artım faizi digər sahələr üzrə əldə olunmuş artım faizini dəfələrlə üstələyir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təbiətin insan sağlamlığında əhəmiyyətindən bəhs edərək demişdir: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır”.