Muxtar respublikamızda son illər artan istehsal müəssisələri sırasında maşınqayırma sənayesi ilə məşğul olan Naxçıvan Avtomobil Zavodu əhəmiyyətli yerlərdən birini tutur. Burada Almaniya, Belçika və İtaliyadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal üçün zəruri şərait yaradılıb, müəssisəyə təcrübəli mütəxəssislər cəlb olunub. Həm mexaniki, həm də sürət qutusu ilə işləyən müxtəlif avtomobillər istehsal edilən zavodun baş mühəndisi Rəhim İsmayılovla söhbət zamanı öyrəndik ki, müəssisənin Naxçıvan və Bakı şəhərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satış mağazaları, həmçinin Şərur və Culfa rayonlarında servis mərkəzləri fəaliyyət göstərir.
Muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına mühüm töhfə verən Babək rayonu bu gün müstəqilliyin təntənəsini yaşayır. Son illər rayonda aparılan geniş abadlıq-quruculuq işləri, müdafiə, ərzaq və enerji təhlükəsizliyi sahəsində görülən işlər, kənd təsərrüfatının dinamik inkişafına hesablanmış islahatlar, məşğulluq məsələlərinin həlli şəhər, qəsəbə və kəndlərin başdan-başa yenilənməsinə, məskunlaşmanın artmasına, əhalinin rifah halının yaxşılaşmasına, məhsul bolluğuna, idxaldan asılılığın aradan qaldırılmasına ciddi təsir göstərib.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli Sərəncamı tələbələrin gələcəkdə müvafiq sahələrdə peşəkar kadr kimi yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə öz tövhəsini verir. Sərəncamın icrası ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq olunan Tədbirlər Planına əsasən növbəti 2020-2021-ci tədris ili üçün ali təhsil müəssisələri ilə razılaşdırılmış tədris planı hazırlanıb, mütəmadi olaraq hamiliyə götürülmüş tələbələrlə startap layihələrinin hazırlanması, təqdimatı, eləcə də muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən mövzularda bir sıra görüşlər keçirilib.
Aprel ayının ilk həftəsindən başlayaraq Türkiyə Respublikasının müxtəlif şəhərlərində “43-cü Tikinti Materialları və Texnologiyaları” Beynəlxalq Sərgisi və “32-ci Beynəlxalq Mebel Sərgisi” keçirilir.
Aprelin 7-də tələbələrin startap layihələrinin hazırlanması, təqdimatı sahəsindəki bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Naxçıvan Universitetinin tələbələri ilə “İdeyadan başlanğıca” devizi altında seminar baş tutub.