Mebelin yeni ünvanı – “Bellissa”

Əvvəllər qızımıza cehiz mebel almaq üçün Bakıya, Şəkiyə üz tutardıq... Artıq bir neçə ildir ki, muxtar respublikamızda belə keyfiyyətli avadanlıqlarla dolub-daşır dükan-bazarlarımız. Ürəyin istəyən çarpayını, divanı, stolu seçirsən, həm də sərfəli qiymətə qapınıza gətirirlər. “İndi daha yun yu, döşək sal dərdi də yoxdur. Bu fabrikdə elə gözəl döşəklər var ki, elə bil qu tüküdür”, – deyir Nəcibə nənə. Onu sevindirən isə uzaq yolların yaxınlaşması deyil təkcə. Fərəhlənir ki, daha çox seçim var burada, həm də münasib qiymətə...

Ətraflı: Mebelin yeni ünvanı – “Bellissa”

Muxtar respublikada tütün əkininə başlanılıb

Naxçıvan Muxtar Respublikasında inkişaf etdirilən kənd təsərrüfatı sahələrindən biri də tütünçülükdür. 2017-ci ildən başlayaraq “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Kəngərli rayonunun Təzəkənd və Xıncab kəndlərinin ərazilərində yetişdirilən tütün şitilləri muxtar respublikanın bir çox bölgələrində əkilir.

Ətraflı: Muxtar respublikada tütün əkininə...

Arıçılığın inkişafı üçün davamlı tədbirlər görülür

Arılar dünya iqtisadi və ekosisteminin ən vacib canlılarından hesab olunur. Bu canlılar bir tərəfdən başda bal olmaqla, arıçılıq məhsullarının yaranmasına səbəb olursa, digər tərəfdən bir çox bitkinin tozlanmasını təmin edərək onların məhsuldarlığını və keyfiyyətini artırır. Qeyd etmək lazımdır ki, çoxəsrlik tarixə malik olan arıçılıq bütün dünyada qədim məşğuliyyət növlərindən biri hesab olunur. Əhalinin məşğulluğunun təmin edilməsindəki rolu isə arıçılığın sosial əhəmiyyətini xarakterizə edən mühüm cəhətidir. Beləliklə, arıçılığın inkişafı aqrar sahədə geniş sosial-iqtisadi imkanların yaranması deməkdir.

Ətraflı: Arıçılığın inkişafı üçün davamlı...

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılması davam etdirilir

Muxtar respublikada xarici iqtisadi əlaqələrin genişləndirilməsinə böyük diqqət və qayğının göstərilməsi, ixracın stimullaşdırılması sahəsində qəbul edilən qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi istehsal olunan məhsulların ixrac imkanlarının artmasına, iqtisadi əlaqələrimizin genişlənməsinə, məhsullarımızın dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına zəmin yaradıb.

Ətraflı: “İstehlak Mallarının Ekspertizası...