NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 22-i və 23-də "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində göycə məhsullarının satışı yarmarkası keçiriləcək.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən “Naxçıvan” Universitetinin “İqtisadiyyat” ixtisası üzrə III kurs tələbələrinin “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-də istehsal prosesi ilə əyani şəkildə tanışlığı təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadiyyat ixtisasının tələbələri Naxçıvan Biznes Mərkəzində olublar.
Yeni şəraitdə qeyri-neft iqtisadiyyatı sahəsində istehsal imkanlarının artırılmasını hədəfləyən ölkəmizdə ən qədim tətbiqi sənət növlərindən olan xalçaçılığın inkişafı da diqqət mərkəzində saxlanılır. Azərbaycan dövləti xalçaçılığın inkişafına maddi və siyasi dəstək tədbirlərini gücləndirməklə regionlarda iqtisadi aktivliyi təmin etmək, xarici bazarlara özəl sektorda ixrac həcmlərini artırmaq kimi məqsədləri hədəfləyib. Xalçaçılığın inkişafına ciddi diqqət yetirməklə ilk növbədə milli dəyərimiz olan Azərbaycan xalçası yaşadılaraq gələcək nəsillərə ötürülür. Digər tərəfdən isə dünya bazarında bahalı məhsullar kateqoriyasına daxil olan xalça satışından ölkəmizə xeyli valyuta gələcək.
Naxçıvan, 17 may, AZƏRTAC
Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi aqrar sahədə həyata keçirilən tədbirlərin başlıca məqsədlərindən birini təşkil edir. Bu strateji məqsədə nail olmaq üçün investisiya və infrastruktur təminatı möhkəmləndirilir, meliorativ tədbirlər görməklə dövriyyəyə yeni torpaqlar cəlb edilir, fermerlərə zəruri dəstək tədbirləri göstərilir. Həyata keçirilən bu və ya digər tədbirlər muxtar respublikamızda arıçılığın da inkişafına geniş perspektivlər açır.