Gənclər və İdaman Nazirliyi, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə dövlət qurumları arasında keçirilən "Xəmsə" Milli İntellektual Oyununda İqtisadiyyat Nazirliyinin komandası uğurla çıxış edib.
Bu gün muxtar respublikada yaradılan çoxsaylı ailə təsərrüfatları əhalinin rifah səviyyəsinin yüksəlməsinə öz töhfəsini verən kiçik təsərrüfat birlikləri kimi diqqəti cəlb edir. Adından da göründüyü kimi, bu birlik ailəni təşkil edən fərdlərin ayrı-ayrılıqda əməyinin birgə hədəfə yönləndirildiyi bir təsərrüfat formasıdır. Ailə təsərrüfatlarının formalaşmasında əməksevərlik, ailə birliyi əsas şərtlərdəndir. Ailə təsərrüfatlarının üstün xüsusiyyətləri ondan ibarətdir ki, kənd yerlərində məskunlaşan ailələrin istehsal etdiyi məhsullarla həmin ailələrin həm öz istehlak tələbatlarının müəyyən bir qismi ödənilir, həm də artırılan təsərrüfat məhsullarını satmaq və ya dəyişdirmək yolu ilə gəlir əldə edilir. Bu da ailələrin sosial rifah halının yaxşılaşması ilə yanaşı, muxtar respublikada kənd təsərrüfatının inkişafına öz təsirini göstərir.
Qədim Naxçıvan torpağı yeraltı və yerüstü sərvətləri, əvəzolunmaz nemətləri ilə zəngindir. Bu diyarın havası, suyu, torpağında bitən bitkiləri, necə deyərlər, dərdlərə dərman, qəlblərə məlhəmdir. Bir sözlə, Tanrı bu diyara bir-birindən dəyərli, faydalı qazıntılar bəxş edib. Bu nemətlər arasında duzun xüsusi yeri var.
Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin dünyaya gəlişi ilə əlamətdar olan may ayı bu il dahi öndərin siyasi irsinin layiqli davamçısı, Prezident cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına on beşinci səfəri ilə muxtar respublikamız üçün ikiqat siyasi, tarixi mahiyyət və dəyər kəsb edir. Ölkə başçımızın bu səfəri ümummilli liderin tarixi zəfər sonrası ilk doğum gününü Naxçıvanda qeyd etməsi ilə tarixə yazıldı. Eyni zamanda Naxçıvanın inkişaf və sabitlik diyarına çevrildiyini, çoxcəhətli və dinamik inkişafı ilə liderliyini bundan sonra da qoruyub saxlayacağını təsdiqləməsi ilə də tarixləşdi.
1993-cü il iyunun 9-da ümummilli liderimiz Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya qayıtmış, müstəqilliyimizi və dövlətçiliyimizi xilas etmişdir. Həmin gün ölkəmizin taleyində dönüş anı olmuş və böyük Qurtuluşa doğru mühüm addım atılmışdır. O addım suverenliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təməli olmaqla, Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyənləşdirmiş, xalqımızı nicat yoluna çıxarmışdır.