Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasından irəli gələn vəzifələrə, nazirliyin 2021-ci ilin birinci yarım ilində gördüyü işlərə dair kollegiya iclası keçirilib.
Kollegiyanı Naxçıvan Muxtar Respublikası iqtisadiyyat naziri Tapdıq Əliyev açaraq bildirib ki, muхtаr rеspublikа iqtisаdiyyаtının bütün sаhələr üzrə dinamik inkişafı 2021-ci ilin birinci yarım ilində də davam etdirilib, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşıb, yerli sahibkarlığın inkişafı yolu ilə yеni iş yеrləri аçılıb, əhаlinin mаddi rifаh hаlı yüksəlib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” xalqımızın milli dəyərlərindən sayılan xalçaçılığın yaşadılmasına, milli mədəniyyətimizin daha geniş şəkildə təbliğinə, eləcə də özəl sektora öz töhfəsini verməkdədir. Dövlət Proqramının icrası ilə əlaqədar cari ilin ikinci rübü ərzində də bir sıra işlər görülüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gündən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə soyuducu anbarlara məhsul qəbuluna başlanılıb. İlk gündə yeni yaradılan soyuducu anbara 20 tondan artıq kartof tədarük olunub.
Muxtar respublikamızda dini-mənəvi dəyərlərimizə hörmətlə yanaşılır, İslamın müqəddəs günləri və bayramları qeyd olunur. Qurban bayramı da hər il Naxçıvanda həmrəylik və mərhəmətin təntənəsinə çevrilir, qurbanlar kəsilir. Qurbanların kəsilməsi üçün əlverişli yerlər yaradılıb və bununla bağlı sakinlərə nümunəvi xidmət göstəriləcək.
Qarpız isti havaların ən sevimli məhsullarından sayılır. Ona görə də bazara qarpız çıxan kimi çoxumuz bu bostan məhsulundan alıb dadmaq istəyirik. Məhsulun vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil. Burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrələrdən və pestisidlərdən düzgün istifadə edilməsidir. Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir. Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyətinin pisləşməsinə, hətta zəhərlənmələrə belə, səbəb ola bilər. Qarpızda nitratların norması 60 milliqram/kiloqram, qovunda isə 90 milliqram/kiloqram olmalıdır.