Muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür

Naxçıvan, 6 iyul, AZƏRTAC

Aqrar sektorda tətbiq edilən güzəştlər və subsidiyalar muxtar respublikada ailə təsərrüfatlarının inkişafını stimullaşdırıb, onların öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına, kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb.

Ətraflı: Muxtar respublikada ailə...

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən bostan məhsullarının keyfiyyət göstəriciləri mütəmadi olaraq nəzarətdə saxlanılır

Qarpız isti havaların ən sevimli məhsullarından sayılır. Ona görə də, bazarda qarpız çıxan kimi çoxumuz bu bostan məhsulundan alıb dadmaq istəyirik. Məhsulun vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil. Burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrələrdən və pestisidlərdən düzgün istifadə edilməsidir. Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir. Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyətinin pisləşməsinə və hətta zəhərlənmələrə belə səbəb ola bilər. Qarpızda nitratların norması 60 mq/kq, qovunda isə 90 mq/kq olmalıdır.

Ətraflı: “İstehlak Mallarının Ekspertizası...

Muxtar respublika iqtisadiyyatının güzgüsü – Naxçıvan Biznes Mərkəzi

Bu gün haqqında söhbət açacağımız məkan muzey kimi fəaliyyət göstərməsə də, 2017-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamının icrası ilə bağlı ziyarət olunan obyektlər siyahısına daxil edilən Naxçıvan Biznes Mərkəzidir. Mərkəzin həmin siyahıya salınması heç də təsadüfi deyil. Çünki Naxçıvan Biznes Mərkəzini ziyarət etməklə yerli istehsal məhsullarımız, istehsalçı şirkətlər, iri holdinqlər, ailə təsərrüfatları, bir sözlə, muxtar respublika iqtisadiyyatı haqqında ətraflı məlumat əldə etmək olar. Bu “muzeyin” eksponatları isə yerli istehsal məhsullarıdır desək, yanılmarıq.

Ətraflı: Muxtar respublika iqtisadiyyatının...

Muxtar respublikada ümumi tutumu 800 ton olan soyuducu anbar yaradılıb

Naxçıvan, 2 iyul, AZƏRTAC

“Naxçıvan Meyvə Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin soyuducu anbarı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən danışıb. 

Ətraflı: Muxtar respublikada ümumi tutumu 800...

Naxçıvanda tutumu 800 ton olan yeni soyuducu anbar istifadəyə verilib

“Naxçıvan Meyvə Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni  soyuducu anbarı  istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, müasir dövrdə eti­bar­lı ərzaq təminatı hər bir ölkənin iq­ti­­sadi sabitliyinin və sosial da­ya­nıq­lı­lı­ğı­nın başlıca şərtlərindən biridir.

Ətraflı: Naxçıvanda tutumu 800 ton olan yeni...