Kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması diqqət mərkəzindədir

Hər bir ölkədə iqtisadiyyatın aparıcı sahələrindən birini kənd təsərrüfatı təşkil edir. Aqrar sektor istər əhalinin məşğulluğunun artırılması, istər ərzaq təhlükəsizliyinin təmin olunması, istərsə də sənaye sahəsinin xammal təchizatı baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Kənd təsərrüfatının önəmini xarakterizə edən əlamətlərdən biri də ondan ibarətdir ki, bu sahədə istehsal və emal olunan məhsulların çeşidi artdıqca idxaldan asılılıq da azalır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “...Qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək”.

Ətraflı: Kənd təsərrüfatının dayanıqlı...

Muxtar respublikada ilin bütün fəsillərində keyfiyyətli meyvə-tərəvəz məhsulları əldə etmək mümkündür

Muxtar respublikada qışa ciddi hazırlaşmaq, payız-qış mövsümündə əhalinin tələbatını tam ödəmək üçün görülən tədbirlərin sırasında əhalini təzə meyvə-tərəvəzlə təmin etməyə imkan verən soyuducu anbarların gücündən tam istifadə olunması, bazarda bolluq yaradılması xüsusi yer tutur. Eyni zamanda bu anbarların hər biri yeni iş yerlərinin açılması ilə bərabər, əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsində mühüm rola malikdir.

Ətraflı: Muxtar respublikada ilin bütün...

Xalça sənətinin inkişafı tədbirləri davam etdirilir

Xalça Azərbaycan xalqının maddi və mədəni irsinin ən dəyərli komponentlərindən biridir. Tarix boyu Azərbaycan xalçaları öz rəngarəngliyi ilə seçilmiş və xalqın milli təfəkkürünü təcəssüm etdirən bənzərsiz sənət nümunəsinə çevrilmişdir. Burada toxunan xalçalar özünəməxsus ornamentləri ilə dünya mədəniyyətini zənginləşdirmiş və müxtəlif dövrlərdə tanınmış səyyahların marağını bu qədim diyara cəlb edən vasitələrdən biri olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Xalçaçılıq sənəti bizim milli sənətimizdir, bizim qədim sənətimizdir. Azərbaycan xalçaları dünyanın ən aparıcı muzeylərində nümayiş etdirilir. Xalça bizim məişətimizin ayrılmaz hissəsidir və Azərbaycan xalçaları öz keyfiyyəti ilə seçilir. Biz elə etməliyik ki, bu sənət daim yaşasın”.

Ətraflı: Xalça sənətinin inkişafı tədbirləri...

Sahibkarlığa dövlət dəstəyi gücləndirilir

Muxtar respublikada özəl bölmənin inkişafında, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun işinin səmərəli təşkili xüsusilə əhəmiyyətlidir. Fondun məqsədi Naxçıvan Muxtar Respublikasında sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək göstərməkdən, onlara maliyyə dəstəyi verməkdən ibarətdir.

Ətraflı: Sahibkarlığa dövlət dəstəyi...

Dövlət Proqramı kənd təsərrüfatının davamlı inkişafını təmin edir

İqtisadiyyatın ayrılmaz hissəsi olan kənd təsərrüfatının sürətli inkişafının nəticəsidir ki, muxtar respublikada ümumi daxili məhsulunda bu sahənin payı ildən-ilə artır. Kənd təsərrüfatında reallaşdırılan genişmiqyaslı islahatların sayəsində bəzi məhsullar üzrə məhsuldarlığın artırılması və idxalın yerli istehsalla əvəzlənməsi sahəsində müsbət nəticələr əldə olunub.

Ətraflı: Dövlət Proqramı kənd təsərrüfatının...