Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella sentyabrın 22-də muxtar respublikamıza səfər edib. Diplomat əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, ehtiramını bildirib. Sonra səfir Heydər Əliyev Muzeyini ziyarət edib. Mədəniyyət ocağı ilə tanışlıq zamanı qeyd olunub ki, bu gün muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 5 mindən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993-cü illər) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar və digər tarixi sənədlər qorunub saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq “Naxçıvan” Universitetinin “İqtisadiyyat” fakultəsinin “İqtisadiyyat” ixtisasının tələbələri ilə görüş təşkil edilib.
Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir.
Muxtar respublikada əhalinin keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə təmin olunmasında soyuducu anbarların mühüm rolu var. Çünki bu anbarların gücündən tam istifadə olunmaqla bazarda bolluq yaradılır, ilin bütün fəsillərində davamlı olaraq daxili bazarı ekoloji cəhətdən sağlam meyvə-tərəvəzlə təmin edilir.
Bu gün yerli istehsal hesabına ərzaq məhsullarının artımı hər bir dövlət üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bu, etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsinin ən əsas şərtləri sırasında yer alır. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, rəqabətə davamlılığı, ixrac potensialının artırılması yerli və keyfiyyətli məhsulların istehsalından birbaşa asılıdır.