Mühüm coğrafi mövqedə yerləşən ulu yurdumuz Vətənimizin ən qədim meyvəçilik regionlarından biri hesab edilir. Əlverişli oroqrafik xüsusiyyətlərə və torpaq-iqlim faktorlarına malik olan diyarımızda Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin müvafiq sərəncamları ilə təsdiq edilmiş meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramlarının uğurlu icrası nəticəsində meyvəçilik sahəsində yüksək göstəricilərə nail olunub. Mart ayının 12-də Ali Məclisin Sədri cənab Vasif Talıbov “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Ölkəmizdə xalçaçılıq sənətinin ən yaxşı nümunələri sırasında Naxçıvan xalçaları xüsusilə seçilib. Özünəməxsus fərqləndirici cəhətlərə malik olan bu xalçalar Naxçıvan xalçaçılıq məktəbinin formalaşmasına səbəb olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işləri daha da sürətləndirib, xalçaçılıq ənənələrinin daha dərindən öyrənilməsi, araşdırılması və təbliği üçün geniş imkanlar açıb.
Naxçıvan, 22 may, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində göycə məhsullarının satışı yarmarkasına start verilib.
14 aprel 2021-ci ildə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən 2020-2021-ci tədris ili üçün İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və ali təhsil müəssisələri ilə qarşılıqlı təsdiq olunmuş tədris planına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş tələbələrlə növbəti görüş keçirilib.
Bu gün dünyada qədim mədəni tarixi və özünəməxsus mədəniyyət nümunələrinin çoxluğu ilə diqqəti cəlb edən ölkələr sırasında Azərbaycan xüsusi yer tutur. Ölkəmizin beynəlxalq mədəniyyət aləminə bəxş etdiyi dəyərli sənət nümunələri içərisində Azərbaycan xalçalarını ayrıca qeyd etmək lazımdır. Tarixboyu Azərbaycan xalçalarının şöhrəti ölkə sərhədlərini aşmış və mühüm sənətkarlıq nümunəsi kimi əvəzolunmaz simvola çevrilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev bununla bağlı demişdir: “Xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin Vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir”.