Artıq bir aya yaxındır ki, hər bir naxçıvanlı may ayının 10-da muxtar respublikada səfərdə olmuş ölkə başçısının qədim diyarımızda gedən qurub-yaratmaq proseslərinə verdiyi yüksək dəyərin sevincini yaşayır: “Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, buradakı inkişafı görəndə çox sevinirəm. Bu, mənim Naxçıvana 15-ci səfərimdir və hər bir səfər çərçivəsində bir çox obyektlərin açılışında iştirak edirəm. Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir... Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb”.
Hər bir ölkənin əhalisinin sağlamlıq səviyyəsi ətraf mühitin qorunmasından əhəmiyyətli dərəcədə asılıdır. Ona görə də muxtar respublikamızda əhalinin sağlamlığının mühafizəsinə və möhkəmləndirilməsinə yönəldilmiş ardıcıl və genişmiqyaslı tədbirlər daim diqqət mərkəzində saxlanılır. Yay fəslinin isti günlərini yaşadığımız bir vaxtda isə bu məsələ daha böyük aktuallıq kəsb edir. Belə ki, özünəməxsus qayğıları olan bu fəsildə insanlar günəşin yandırıcı şüaları ilə yanaşı, həm də qida zəhərlənmələrindən qorunmağa məcbur olurlar. Çünki bu fəsildə ərzaq məhsulları daha tez keyfiyyətini itirir və insanların sağlamlığı üçün təhlükə yaradır. Havaların isinməsi ilə insanların dondurmaya olan təlabatı da artıb.
Ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün daha dəqiq hesab olunan resurs metodu tətbiq ediləcək.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası istiqamətində Universitetlərlə birgə hazırlanmış 2020-2021-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq Naxçıvan Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələr “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyası ilə tanış olublar.
Bu gün istehsalat təcrübəsini uğurla başa vuran tələbələrlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində görüş keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə bağlı tədris müddəti ərzində təhsil alan tələbələrin təcrübə keçmələri üçün zəruri işlər həyata keçirilib. Nazir vurğulayıb ki, müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadr hesab olunur. Ona görə də iqtisadiyyatın müxtəlif sahələri üzrə praktik bilik və bacarıqlara yiyələnmiş kadrlara tələbat artır. Bu tələbatı ödəmək məqsədilə kadr hazırlığına diqqət artırılacaq, qarşılıqlı əməkdaşlıq imkanlarından daha səmərəli istifadə ediləcəkdir.