"Araz-3" Məhdud Məsuliyyətli Cəmiyyətində damazlıq cücələrin satışına başlanılıb

Muxtar respublikada əhalinin, ailə və fərdi təsərrüfatların artan tələbatı nəzərə alınaraq yerli məhsulların istehsalı və çeşidi artırılır. “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətində ətlik və yumurtalıq “Serebrist” və digər sort cücələrin satışına başlanıb. Ailə və fərdi təsərrüfatların yumurta və cücəyə olan tələbatını ödəmək məqsədilə müəssisə tərəfindən “Serebrist” sort damazlıq yumurta gətirilərək xüsusi nəzarət altında inkubatora yerləşdirilib. Ətlik və yumurtalıq damazlıq cücə çıxarılaraq alıcılara təklif edilir.

Ətraflı: "Araz-3" Məhdud Məsuliyyətli...

Sahibkarlığın İnkişafı Fondu öz işini günün tələbləri səviyyəsində qurub

Güzəştli kreditlərdən istifadə qaydalarının mütəmadi olaraq təkmilləşdirilməsi nəticəsində sahibkarlıq subyektlərinə verilən kreditlərin ümumi həcmi artmış, iş adamlarının kreditlərə çıxış imkanları daha da genişlənmişdir. 2020-ci ildə muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən 37 milyon 676 min 800 manat kredit verilmişdir ki, bunun 15 milyon 577 min manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşmüşdür. 2000-ci ildən ötən dövr ərzində fond tərəfindən 1536 layihənin maliyyələşdirilməsinə 169 milyon 388 min 854 manat güzəştli kreditlər ayrılmışdır.

Ətraflı: Sahibkarlığın İnkişafı Fondu öz işini...

“Şahin Şah” Məhdud Məsuliyyətli Cəmiyyəti istehsal sahəsini genişləndirir

Muxtar respublikadakı əlverişli biznes və investisiya mühiti digər sənaye sahələri ilə yanaşı, mebel sənayesinin inkişafı üçün də geniş imkanlar yaradır, yeni mebel istehsalı müəssisələri açılır. Belə müəssisələrdən biri “Şahin Şah” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Muxtar respublikanın müasir mebel istehsalçılarından biri olan “Şahin Şah” MMC 1998-ci ildən fəaliyyətə başlayıb. Əsas fəaliyyəti mebel istehsalı və satışı olan müəssisə xarici bazarlarda bir marka kimi tanınmaq üçün uğurla irəliləyir, daim müştərilərinə keyfiyyətli məhsullar təqdim etməyə çalışır.

Ətraflı: “Şahin Şah” Məhdud Məsuliyyətli...

Naxçıvanın zəngin ixrac potensialı var

Əvvəlki illərdə olduğu kimi, bu ilin ötən dövründə də muxtar respublikada sahibkarlıq sahələri daim dövlət tərəfindən dəstəklənib, özəl sektorun maliyyə resurslarına çıxış imkanları asanlaşdırılıbdır. Yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, mövcud istehsal müəssisələrinin yenidən qurulması istiqamətində aparılan uğurlu islahatlar da xarici ticarətin sürətli inkişafına zəmin yaradıbdır. Sahibkarların maarifləndirilməsi, onlara texniki və metodik dəstək göstərilməsi istiqamətində mütəmadi seminarlar və treninqlər təşkil olunub, məhsulların virtual məkanda təbliği, satışı şəbəkəsinin genişləndirilməsi, yeni məhsulların yaradılması, inkişaf etdirilməsi və digər bir çox sahədə lazımi dəstək göstərilibdir.

Ətraflı: Naxçıvanın zəngin ixrac potensialı var