Arılara yaz qulluğu onların inkişafında mühüm rol oynayır

Gözəl yaz fəsli artıq qarlı-şaxtalı qışı arxada qoyub. Təbiət oyanıb. Dağların arxasından qalxan Günəş ətrafı işıqlandırır, cana gətirir. Çəmənlərin yaşılı, ağacların al-əlvan çiçəyinin ətri hər kəsi təbiətin seyrinə çağırır. Hər yerdə quşların nəğməsi, zəhmətkeş arıların vızıltısı ətrafa canlılıq, hüzur qatır. İnsanların ovqatı yenilənir, onların işgüzarlığı artır. Yazda təkcə insanlar yox, arılar da işləyir. Təbiətin bir parçası olan bu canlıların çalışqanlığı, onlara qulluq edən insanların zəhməti hesabına gözəl və xoş həyatın təməli olan cansağlığını qorumağa kömək edən bal istehsal edilir.

Ətraflı: Arılara yaz qulluğu onların...

Tələbələr “Araz-3” MMC-də istehsal prosesi ilə tanış olublar

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası istiqamətində Universitetlərlə birgə hazırlanmış 2020-2021-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq aprelin 19-da Naxçıvan Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələr  "Araz-3" MMC-də istehsal prosesi ilə tanış olublar.

Ətraflı: Tələbələr  “Araz-3” MMC-də istehsal...

Babək rayonunda ailə təsərrüfatlarının istehsal imkanları genişlənib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması bu sahənin yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaratmışdır. Ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərin icrası bu sahənin imkanlarını genişləndirib, dövlətdən alınan maliyyə dəstəyi hesabına bir sıra yeni ailə təsərrüfatları yaradılıb. Ailə üzvlərinin birgə fəaliyyətinə əsaslanan bu təsərrüfat sahəsi daxili bazarı yerli və keyfiyyətli məhsullarla tam təmin edir.

Ətraflı: Babək rayonunda ailə...

Naxçıvanda xalçaçılıq ənənələri qorunur

Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan xalça sənətinin muxtar respublika ərazisində geniş yayılmasına və inkişaf etməsinə səbəb bu ərazidə olan əlverişli coğrafi iqlim şəraiti və müvafiq təsərrüfat fəaliyyətidir. Bu sahənin inkişafı muxtar respublikada bu gün də diqqət mərkəzində saxlanılır. Belə ki, “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” milli xalçaçılıq ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi, xalçaçılıq sənətinin gənc nəsil arasında təbliği və inkişaf etdirilməsi, xalça çeşnilərinin bərpası, əllə toxunan xalçaların ixrac potensialının artırılması, eləcə də əhalinin məşğulluğunun təmin edilməsində müstəsna rola malikdir. 

Ətraflı: Naxçıvanda xalçaçılıq ənənələri qorunur

Naxçıvan şəhərində yeni istehsal müəssisələri yaradılıb

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın əsas qolu olan sənayenin inkişafı diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər və mövcud şərait bu sahə üzrə sahibkarlığın inkişafına, iri sənaye komplekslərinin və istehsal sahələrinin yaranmasına imkan verir. Bütün bunlar isə daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə və ixrac potensialının artmasına şərait yaradır.

Ətraflı: Naxçıvan şəhərində  yeni istehsal ...