Naxçıvanda qızılgül əkini sahələri genişləndirilir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “2021-2025”-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”na uyğun olaraq Kəngərli rayonunda qızılgül plantasiyasının sahəsi daha da  genişləndirilib. Rayonda da qızılgül sahələrinin artırılmasına xüsusi diqqət yetirilir. Təkcə ötən il rayonda 0,8 hektar ərazidə qızılgül plantasiyası salınıb. Ötən dövrdə qeyd olunan əraziyə 2300 qızılgül kolu əkilib. Rayonda qızılgül sahələrinin genişləndirilməsi qarşıya məqsəd qoyulub. Bu məqsədlə 0,3 hektarlıq yeni ərazidə 600 qızılgül kolu əkilib.

Ətraflı: Naxçıvanda qızılgül əkini sahələri...

“Cahan Çay” Məhdud Məsuliyyətli Cəmiyyətində keyfiyyətli məhsullar istehsal olunur

Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafı davamlı xarakter alıb. Yeni sənaye istehsalı müəssisələrinin yaradılması, mövcud olanların genişləndirilməsi ildən-ilə sənaye məhsullarının həcminin artması ilə müşahidə olunur. Muxtar respublikada sahibkarlığın inkişafına yaradılmış şərait nəticəsində uğurla fəaliyyət göstərən müəssisələrdən biri “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının “Cahan Çay” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Ətraflı: “Cahan Çay” Məhdud Məsuliyyətli...

Naxçıvanda yeni meyvə bağı salınıb

Naxçıvan Muxtar Respublikasında ekoloji mühitin qorunması insanların sağlam həyat şəraitində yaşamasına xidmət edir. Bu səbəbdən də yaşıllaşdırma tədbirləri mütəmadi olaraq davam etdirilir, yaşıllıq zolaqlarının sahəsi genişləndirilir, ətraf mühit qorunur. İnsanlara təbiətə qayğı hissi aşılayan yaşıllaşdırma tədbirləri, xüsusilə iməciliklərin keçirilməsi həm də kənd təsərrüfatının mühüm qolu olan meyvəçiliyin inkişafına təkan verir.

Ətraflı: Naxçıvanda yeni meyvə bağı salınıb 

Muxtar respublikanın sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının ötən dövrdə muxtar respublikada ardıcıl şəkildə həyata keçirilməsi, bütövlükdə, sosial-iqtisadi inkişafı təmin edib, eyni zamanda, muxtar respublikada yeni iş yerlərinin açılması, əhalinin gəlirlərinin artırılması, sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində bir sıra uğurlu və məqsədyönlü islahatlar aparılıb.

Ətraflı: Muxtar respublikanın sosial-iqtisadi...

Müasir kənd təsərrüfatı texnikaları məhsul istehsalının artımına və əl əməyinin yüngülləşdirilməsinə xidmət edir

Muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması sahəsində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” bu baxımdan mühüm əhəmiyyət daşıyır. Torpaq mülkiyyətçiləri və fermerlərin, eləcə də ailə təsərrüfatçılarının müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunması da məhsul istehsalını və bu sahəyə marağı artırır, əl əməyini yüngülləşdirir.

Ətraflı: Müasir kənd təsərrüfatı texnikaları...