NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Universitetin “İqtisadiyyat və idarəetmə” fakültəsində keçirilən vebinar “İdeyadan başlanğıca”- startap layihələrinin formalaşdırılması mövzusunda olub. Tədbirdə fakültə dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov startap layihələrinin əhəmiyyətindən və tələbələrin bu layihələrdə fəal iştirakından danışıb.
Ötən ay sahibkarlarla keçirilən görüşdə Ali Məclisi Sədrinin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində martın 11-də Naxçıvan Biznes Mərkəzində “Sahibkarlıq subyektlərində mühasibatlıq və idarəçilik” mövzusunda seminar keçirilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Xudakərim Məmmədov açıb.
Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış davam edir.
Mart ayının 5-dən Heydər Əliyev Sarayının foyesi sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış üçün ayrılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2020-ci ildə rayonda dövlət maliyyə dəstəyi hesabına 36, özəl investisiya qoyuluşu hesabına 4 olmaqla, ümumilikdə 40 istehsal və xidmət sahəsi yaradılıb.Yeni yaradılmış müəssisələr əsasən plastik səbət istehsalı, meyvə arağı istehsalı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, avadanlıq, tara və etiketlərin alınması, pendir istehsalı sahələrini, eyni zamanda qarğıdalı və bostan bitkilərinin əkini, soyuducu anbar, istixana, heyvandarlıq, arıçılıq və bağçılıq təsərrüfatlarını əhatə edir.
Məhsul bolluğu yaratmaq, bu sahədə idxalı azaltmaq, ixracın isə həcmini artırmaq qarşıya qoyulan prioritet vəzifələrdəndir. Bu məqsədlə muxtar respublikada istiqamətlər müəyyənləşdirilib və hazırda onlar uğurla həyata keçirilir.
Məhsul bolluğu yaratmaq, bu sahədə idxalı azaltmaq, ixracın isə həcmini artırmaq qarşıya qoyulan prioritet vəzifələrdəndir. Bu məqsədlə muxtar respublikada istiqamətlər müəyyənləşdirilib və hazırda onlar uğurla həyata keçirilir.Qazanılmış uğurlar muxtar respublikanın ixrac potensialının artmasını təmin etmiş, məhsulların ixracının genişlənməsinə səbəb olmuşdur.