Dövlət Proqramının uğurlu icrası davam etdirilir

Xalça sənəti Naxçıvanda da geniş yayılan xalq yaradıcılığı növlərindən biridir. Bu mənada, “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” milli xalçaçılıq ənənələrinin qorunması, inkişaf etdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsində müstəsna rola malikdir.

Ətraflı: Dövlət Proqramının uğurlu icrası...

Naxçıvanda xalçaçılıq sənətinin inkişafına böyük qayğı göstərilir

Muxtar respublikada xalça sənətinin tarixi olduqca qədimdir. I Kültəpə, Naxçıvantəpə və digər arxeoloji abidələrdən tapılmış maddimədəniyyət nümunələri naxçıvanlıların xalçaçılıq sənəti ilə neolit dövründən etibarən məşğul olduğunu özündə əks etdirir. Naxçıvan xalçaçılıq məktəbi qədim xalçaları, palaz, kilim, cecim və zililəri ilə məşhurdur. Bu məktəbin nümunələri ən qədim tarixi dövrlərin yadigarı kimi bu gün də qorunub yaşadılır.

Ətraflı: Naxçıvanda xalçaçılıq sənətinin...

Dövlət proqramının icrası arıçılığın inkişafı üçün geniş imkanlar yaradır

Muxtar respublikamızın iqlim şəraiti, məhsuldar torpaq örtüyü bu ərazidə qədim zamanlardan bəri insanların arıçılıq təsərrüfatı ilə məşğul olmasına əlverişli şərait yaradıb. Həm bir çox xəstəliklərin müalicəsində möcüzəvi faydaları, həm də bu sahə ilə məşğul olanlar üçün mühüm gəlir mənbəyi olması arıçılığı daim diqqət cəlb edən fəaliyyət növlərindən birinə çevirmişdir. Naxçıvanda aqrar sektorun mühüm tərkib hissəsi kimi arıçılıqda məhsuldarlığın daha da yüksəldilməsi məqsədilə davamlı tədbirlər həyata keçirilməkdədir. 

Ətraflı: Dövlət proqramının icrası arıçılığın...

Sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına töfhəsini verir

Səmərəli məşğulluğun inkişafına yönəldilən siyasi, iqtisadi, sosial və institusional mühitin yaradılması əhalinin rifahının yüksəldilməsində mütərəqqi əhəmiyyətə malikdir. Bu baxımdan görülən işlərin kompleks xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın xüsusi rolu vardır. 

Ətraflı: Sahibkarlığın inkişafı məşğulluğun...

Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı diqqətdə saxlanılmışdır

Naxçıvan Muxtar Respublikasının əlverişli iqlim şəraiti və tarixən formalaşan təsərrüfatçılıq ənənələri bu qədim diyarda aqrar sektorun inkişafı üçün mühüm zəmin yaratmışdır. Kənd təsərrüfatı sahəsində sahibkarlara göstərilən dövlət dəstəyinin həcminin ilbəil artması və müxtəlif istiqamətlər üzrə qəbul olunan Dövlət proqramlarının uğurlu icrası böyük nailiyyətlərin qazanılmasına səbəb olmuşdur.Bu istiqamətlərdən biri – meyvəçiliyin və tərəvəzçiliyin inkişafı isə əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması sahəsində xüsusi rol oynayır.

Ətraflı: Meyvəçiliyin və tərəvəzçiliyin...