Hamiliyə verilmiş tələbələr üçün tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 03 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən keçirilən tədbirlər davam etdirilir.

Ətraflı: Hamiliyə verilmiş tələbələr üçün...

Sahibkarlıq inkişaf etdirilir, yeni iş yerləri yaradılır

2021-ci ilin ötən dövründə muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla əsaslanan, ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində tədbirlər davam etdirilərək iqtisаdiyyаtın bütün sаhələri üzrə dövlət mаliyyə dəstəyi və özəl investisiya hesabına 9 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 33 sahənin yaradılması davam etdirilmişdir.

Ətraflı: Sahibkarlıq inkişaf etdirilir, yeni...

Naxçıvan şəhərində yeni tələbə yataqxanası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafında təhsilin xüsusi yeri vardır. Bütün təhsil pillələri üzrə müasir infrastrukturun yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi tədrisin səviyyəsini yüksəltmişdir. Eyni zamanda müasir universitet şəhərcikləri salınarkən tələbələrin təhsili ilə yanaşı, onların yaşayış şəraitinin yaxşılaşdırılması da zərurətə çevrilib, yeni yataqxanalar tikilib.

Fevralın 23-də Naxçıvan şəhərində yeni tələbə yataqxanası istifadəyə verilib.

Ətraflı: Naxçıvan şəhərində yeni tələbə...

“Gulfood–2021” sərgisində Naxçıvan məhsulları maraqla qarşılanır

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsullarının, o cümlədən Naxçıvan məhsullarının 21-25 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hər il ənənəvi təşkil olunan “Gulfood 2021” beynəlxalq qida sərgisində nümayiş həyata keçirilir.

Ətraflı: “Gulfood–2021” sərgisində Naxçıvan...