Naxçıvanda ümumi daxili məhsul istehsalının 88 faizi, istehsal edilən sənaye məhsulunun 93 faizi özəl bölmənin payına düşür

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Naxçıvan Biznes Mərkəzində keçirilənsahibkarlarla işgüzar tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib.                                              Ali Məclisin Sədri bildirib ki, muxtar respublikada özəl bölməyə dövlət dəstəyi artırılıb, biznes subyektlərinin qeydiyyat və lisenziya sistemi sadələşdirilib, əlverişli investisiya mühiti yaradılıb. Hazırda muxtar respublikada ümumi daxili məhsul istehsalının 88 faizi özəl bölmənin payına düşür.

Ətraflı: Naxçıvanda ümumi daxili məhsul...

Ötən il Naxçıvanda ümumi daxili məhsulun həcmi 2 milyard 908 milyon manata yaxın olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev bu barədə  danışıb. “İqtisadi sahədə qazanılan uğurlar muxtar respublikada makroiqtisadi göstəricilərin həcminin artmasına müsbət təsir göstərib”,- deyən nazir vurğulayıb ki, ötən il ümumi daxili məhsulun həcmi 1,1 faiz artaraq 2 milyard 908 milyon manata yaxın olub.

Ətraflı: Ötən il Naxçıvanda ümumi daxili...

NAXÇIVAN ŞƏHƏRİ MUXTAR RESPUBLİKANIN SƏNAYE MƏRKƏZİDİR

Son illərdə aparılan məqsədyönlü tədbirlər, iqtisadiyyatın bütün sahələrinin, xüsusilə sənayenin davamlı inkişafına yönəlmiş inkişaf strategiyasının düzgün seçilməsi, dövlət proqramlarının vaxtında və uğurlu icrası muxtar respublikada ümumi daxili məhsulun və onun adambaşına düşən hissəsinin ilbəil artımına səbəb olub. Sahibkarlığın inkişafı üçün yaradılan hərtərəfli şərait, maliyyə resurslarına sərbəst çıxışimkanları, bu sahədə qanunvericilik bazasının gücləndirilməsi, əlverişli investisiya və biznes mühitinin formalaşmasının nəticəsidir ki, hər il rəqabətədavamlı məhsul istehsal edən müəssisələr istifadəyə verilir, yeni iş yerləri yaradılır, ixracyönümlü məhsul istehsalı artır, ixrac bazarlarının coğrafiyası genişlənir.

Ətraflı: NAXÇIVAN ŞƏHƏRİ MUXTAR RESPUBLİKANIN...

Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsinin fəaliyyəti genişləndirilir

“Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni  istehsal xətti fəaliyyətə başlayıb.

Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev deyib ki, bu gün fəaliyyəti genişləndirilən “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlığın inkişafı, istеhsаlçılаrın fəаliyyətinin stimullаşdırılmаsı, yеni iş yеrlərinin аçılmаsı istiqаmətində həyata keçirilən tədbirlərin davamlı xarakter almasının əyani ifadəsidir.

Ətraflı: Naxçıvanda plastik kapsul və qapaq...

Naxçıvanda sahibkarlarla işgüzar tədbir keçirilib

Fevralın 27-də Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə Ali Məclisin Sədri Vasif Talıbov çıxış edərək deyib: Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və özəl bölməyə qayğı ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu iqtisadi inkişaf strategiyasının əsas istiqamətidir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu yolun uğurla davam etdirilməsi Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açıb. Muxtar respublikada özəl bölməyə dövlət dəstəyi artırılıb, biznes subyektlərinin qeydiyyat və lisenziya sistemi sadələşdirilib, əlverişli investisiya mühiti yaradılıb.

Ətraflı: Naxçıvanda sahibkarlarla işgüzar...