Badamlı mineral suyu Naxçıvanın təbii sərvətidir

Şərqin qədim yaşayış məskənlərindən olan Naxçıvanın füsunkar təbiəti mineral sularla çox zəngindir. Təsadüf deyil ki, bu diyarı dünyanın təbii və mineral sular muzeyi də adlandırırlar. Ümumiyyətlə, muxtar respublikada 230-a yaxın mineral su mənbəyi mövcuddur ki, hazırda onların bir neçəsindən intensiv istifadə olunur.Öz kimyəvi tərkibinə və rəngarəngiliyinə görə seçilən bu sular tarixən həm  süfrələrin bəzəyi olmuş, həm də müalicəvi su kimi istifadə edilmişdir.

Ətraflı: Badamlı mineral suyu Naxçıvanın təbii...

Zeyvə kəndi yaxınlığında yeni Günəş Elektrik Stansiyası qurulur

Muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələri hesabına istehsal olunan enerji artıq daxili tələbatı ödəməklə bərabər ixrac olunmaq gücünə də malikdir. İxrac imkanlarının daha da artırılması məqsədilə ötən ildən başlayaraq Şərur rayonunun Zeyvə kəndi yaxınlığında yeni Günəş Elektrik Stansiyası qurulur. Əkinə yararsız ərazidə tikilən yeni, 5 meqavatlıq günəş elektrik stansiyası istifadəyə verildikdən sonra muxtar respublikada günəş elektrik stansiyalarının gücü 27 meqavatdan 32 meqavata yüksələcək. 

Ətraflı: Zeyvə kəndi yaxınlığında yeni Günəş...

Azərbaycan məhsulları bu ilin ilk beynəlxalq sərgisində

Fevralın 21-25-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq qida sərgisi keçiriləcək.

Sərgidə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək.

Ətraflı: Azərbaycan məhsulları bu ilin ilk...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) müsabiqə elan edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edib.

Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqəyə sənədlərin qəbulu fevralın 17-dən martın 18-dək həyata keçiriləcək. Hər bir layihə üzrə maliyyələşdirmə maksimum 20 min manat məbləğində müəyyən edilib.

Ətraflı: Kiçik və Orta Biznesin İnkişafı...

Muxtar respublikanın bölgələrində fəaliyyət göstərən sahibkarlar dövlət qayğısı ilə əhatə olunub

Son illər ərzində muxtar respublikada irimiqyaslı və hərtərəfli iqtisadi islahatlar uğurla reallaşdırılıb, həyata keçirilən davamlı tədbirlər sayəsində əlverişli biznes və investisiya mühiti formalaşdırılıb. Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafında, əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasında, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal və emal sahələrinin, həmçinin, müasir infrastrukturun yaradılmasında dövlət maliyyə dəstəyi əhəmiyyətli investisiya mənbəyidir.

Ətraflı: Muxtar respublikanın bölgələrində...