Muxtar respublika sənayesi davamlı inkişaf yolundadır

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə davamlı inkişafa, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir. Son illərdə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində yüzlərlə müəssisə fəaliyyətə başlamış, yeni sənaye sahələri yaradılmış, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artmışdır.

Ətraflı: Muxtar respublika sənayesi davamlı...

Ağbulaqdakı yeni həkim ambulatoriyası kənd sakinləri ilə yanaşı, turistlərə də xidmət göstərəcək

Səhiyyənin inkişafı ölkəmizdə dövlət siyasətinin əsas prioritetlərindəndir. Muxtar respublikamızda da müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələri kimi, ucqar dağ kəndlərini də əhatə edir. Turizm bölgəsi olan Ağbulaqda inşa olunan yeni həkim ambulatoriyası kənd sakinləri ilə yanaşı, turistlərə də müasir səhiyyə xidməti göstərəcək.

Ətraflı: Ağbulaqdakı yeni həkim ambulatoriyası...

Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm sektorunda da sürətli inkişafa nail olunub. Şahbuz rayonunun Ağbulaq kəndi ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənddir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülmüş, Ali Məclis Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamı ilə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılmışdır.

Ətraflı: Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib

Ərzaq təhlükəsizliyinin təmin edilməsi diqqətdə saxlanılır

Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, prioritet sənaye sahələrinin müəyyən olunması, ixracyönümlü yerli məhsulların həcminin artırılması son illərdə aparılan iqtisadi islahatların əsas tərkib hissəsini təşkil edir. Aydındır ki, iqtisadiyyatın şaxələndirilməsində, yerli məhsulların ixrac bazarlarının artırılmasına nail olunmasında ən mühüm faktorlardan biri rəqabət qabiliyyətli məhsul istehsalıdır. Rəqabət qabiliyyətlilik isə bir neçə  amilə əsaslanır ki, onlardan ən əsası keyfiyyət amilidir.

Ətraflı: Ərzaq təhlükəsizliyinin təmin...

Naxçıvanda meyvəçiliyin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər

Aqrar sahədə inkişafın davamlılığını təmin etmək məqsədilə dövlət proqramları, qanunlar qəbul olunur, aqrar sahənin inkişafına hesablanmış tədbirlər həyata keçirilir. “Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində bizim konkret planımız, proqramımız var. Çalışmalıyıq ki, Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları Azərbaycanda istehsal edilsin” - deyən ölkə Prezidenti aqrar-sənaye kompleksinin inkişafını diqqət mərkəzində saxlayır, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində  konkret  tədbirlər  görülür.

Ətraflı: Naxçıvanda meyvəçiliyin inkişafı...