Naxçıvanda ənənəvi “Arıçılıq məhsulları-bal festivalı” keçiriləcək

Festival sentyabrın 26-ı və 27-i “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək.                                                                                    Festivalda muxtar respublikanın müxtəlif rayonlarından olan arıçı-sahibkarlar öz təsərrüfatlarının məhsullarını sərgiləyəcək və satacaqlar. Həmçinin tədbirdə incəsənət ustalarının ifa edəcəyi bir-birindən gözəl musiqi nömrələri, arıçılıq məhsullarının nümayiş olunduğu dekorasiyalı stendlər qonaqlara təqdim olunacaq.

Ətraflı: Naxçıvanda ənənəvi “Arıçılıq...

Naxçıvanda kənd təsərrüfatı mallarının növbəti satış yarmarkası keçirilib

Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilib.  Yarmarkaya 22 istehsal müəssisəsi və 300-ə yaxın ailə təsərrüfatçısı tərəfindən 47 növdə 270 çeşiddə keyfiyyətli məhsullar gətirilib. Mövsümlə əlaqədar daha çox gündəlik ərzaq və tələbat malları, xüsusilə də sənaye malları çoxluq təşkil edib.

Ətraflı: Naxçıvanda kənd təsərrüfatı...

Ötən səkkiz ayda muxtar respublika iqtisadiyyatına 201 milyon 197 min manat kredit ayrılıb

Muxtar respublikada bu ilin 8 ayı ərzində banklar və kredit təşkilatları tərəfindən verilən kreditlər iqtisadi inkişafa öz müsbət təsirini göstərib.                                  Naxçıvanda fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 sentyabr 2020-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına  yönəldilən kredit qoyuluşu 201 milyon 197 min manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 59 milyon 465 min manat və ya 42 faiz artım deməkdir. 

Ətraflı: Ötən səkkiz ayda muxtar respublika...