Muxtar respublikada soyuducu anbarların fəaliyyəti genişləndirilir

Son illərdə muxtar respublikada aqrar sektorun  intensiv metodlara əsaslanan inkişafına yönəlmiş iqtisadi siyasət, bu çərçivədə həyata keçirilən dövlət dəstəyi tədbirləri, təsərrüfatçılara subsidiya və güzəştlərin verilməsi, onların ən müasir texnikalarla güzəştli şərtlərlə təmin olunması öz nəticəsini vermiş, çoxsaylı heyvandarlıq, quşçuluq, bağçılıq və tingçilik, arıçılıq, üzümçülük, əkinçilik təsərrüfatları, soyuducu anbar və istixana kompleksləri yaradılmışdır.

Ətraflı: Muxtar respublikada soyuducu...

Ət məhsullarının keyfiyyətinə nəzarət diqqətdə saxlanılır

İstehlakçıların hüquqlarının müdafiəsini təmin etmək və daxili bazarı keyfiyyətsiz məhsullardan qorumaq məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəsna rolu var. Mərkəzin Mərkəzi Qida Sınaq Laboratoriyasında muxtar respublikada istehsal olunan yerli məhsullarla yanaşı, idxal məhsullarının da laborator analizləri aparılır. 

Ətraflı: Ət məhsullarının keyfiyyətinə nəzarət...

Tələbələr istehsal prosesi ilə əyani tanış olub

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli Sərəncamı tələbələrin gələcəkdə müvafiq sahələrdə peşəkar kadr kimi yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə öz tövhəsini verir.

Ətraflı: Tələbələr istehsal prosesi ilə əyani...