Ailə təsərrüfatçılarına mini filtr qurğuları təqdim olunub

Naxçıvan Biznes Mərkəzində muxtar respublikada araq istehsalı ilə məşğul olan ailə təsərrüfatçılarına mini filtr qurğularının verilməsi məqsədilə keçirilən tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Rəşad Mirzəyev qeyd edib ki, ailə təsərrüfatlarında istehsal olunan araq məhsulları mütləq şəkildə aktiv kömür filtrindən süzülməlidir. Əks təqdirdə insan sağlamlığı üçün ağır fəsadlara yol aça bilər.

Ətraflı: Ailə təsərrüfatçılarına mini filtr...

Sahibkarlarla maarifləndirici seminar keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 06 mart 2020-ci il tarixli 5-06/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nda İqtisadiyyat Nazirliyinin qarşısına yerli xammala əsaslanan rəqabətqabiliyyətli müəssisələrin yaradılmasının dəstəklənməsi, yerli məhsulların xarici bazarlara çıxış imkanlarının araşdırılması, muxtar respublikada tələbatdan artıq istehsal edilən kənd təsərrüfatı məhsullarnın ixraca yönəldilməsi, ailə təsərrüfatlarının ixrac imkanlarının müəyyənləşdirilməsi, onların ixrac məhsulu istehsalı üzrə ixtisaslaşmasına və məhsullarının ixracına dəstək göstərilməsi, sahibkarlara ixracyönümlü istehsalın aparılması məqsədilə güzəştli kreditlərin verilməsi kimi vəzifələrlə yanaşı, məhsulların beynəlxalq sertifikatlaşdırılmasının əhəmiyyəti barədə sahibkarların maarifləndirilməsi, İSO beynəlxalq standartlarının tətbiqinə və sənayedə brendləşməyə dair seminarların keçirilməsi kimi vəzifələr də qoyulmuşdur.

Ətraflı: Sahibkarlarla maarifləndirici seminar...

İnvestisiyanın təşviqi mexanizmi istehsalı və ixracı stimullaşdırır

Bu gün muxtar respublika iqtisadiyyatınının dinamik yüksəlişi, etibarlı ərzaq təminatı və daimi məşğulluğun təmin olunmasının təməl daşlarını sahibkarlığın inkişafı təşkil edir. Muxtar respublikada sahibkarlığın inkişafının, eləcə də əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək yönündə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri, sahibkarlar sinifinin formalaşması və dövlət tərəfindən göstərilən hərtərəfli dəstək tədbirləri fonunda iqtisadiyyatda özəl sektorun payının daha da artmasıdır.

Ətraflı: İnvestisiyanın təşviqi mexanizmi...

Tələbələrin istehsalat təcrübəsinə start verilib

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli Sərəncamı tələbələrin gələcəkdə müvafiq sahələrdə peşəkar kadr kimi yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə öz tövhəsini verir.

Ətraflı: Tələbələrin istehsalat təcrübəsinə...

İstixana kompleksləri əhalini qış aylarında faraş məhsullarla təmin edir

12 avqust 2020-ci il tarixdə Nахçıvаn Muхtаr Rеspublikаsı Ali Məclisində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə İqtisadiyyat Nazirliyinin qarşısına daxili bazarın vəziyyətinin təhlil edilməsi, mövsümə uyğun əsas ərzaq məhsullarına olan tələbatın müəyyənləşdirməsi, kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarük olunması və ehtiyatın yaradılması kimi mühüm vəzifələr qoyulmuşdur.

Ətraflı: İstixana kompleksləri əhalini qış...