Dövlət Proqramının uğurlu icrası xalçaçılığın inkişafına töhfə verir

“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” milli xalçaçılıq ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi, xalçaçılıq sənətinin gənc nəsil arasında təbliği və inkişaf etdirilməsi, xalça çeşnilərinin bərpası, əllə toxunan xalçaların ixrac potensialının artırılması, eləcə də əhalinin məşğulluğunun təmin edilməsində müstəsna rola malikdir.

Ətraflı: Dövlət Proqramının uğurlu icrası...

İnvestisiya qoyuluşu üçün effektiv mexanizmlər tətbiq edilir

Son illərdə muxtar respublikada həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən olan sənayenin inkişafı sahəsində də kompleks işlər görülür, sənaye məhsulu istehsalı və ixrac potensialının artırılması, investisiya qoyuluşununun stimullaşdırılması üçün effektiv mexanizmlər tətbiq edilir.

Ətraflı: İnvestisiya qoyuluşu üçün effektiv...

Mərkəzi Bazarda təşkil olunan yarmarkaya 150 ailə təsərrüfatçısı məhsul çıxardı

Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil olunub.

Yarmarkaya muxtar respublikamızın bütün bölgələrindən 150-ə yaxın ailə təsərrüfatçısı tərəfindən 72 ton müxtəlif yerli ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb.

Ətraflı: Mərkəzi Bazarda təşkil olunan...

Tələbələrə investisiya layihələrinin hazırlanması izah olunub

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və ailə təhsil müəssisələri ilə qarşılıqlı təsdiq olunmuş 2020-2021-ci tədris ili üçün tədris planına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrə seminar keçirilib.

Ətraflı: Tələbələrə investisiya layihələrinin...

Şərur Sənaye Məhəlləsi mühüm perspektivlər vəd edir

Ölkə Prezidentinin müvafiq Fərmanına əsasən Şərur rayonunda Sənaye Məhəlləsi yaradılır. 6 istehsalat korpusundan ibarət olacaq sənaye məhəlləsində ilkin olaraq bitki yağı, ofis ləvazimatları, kağız-torba və corab istehsalı sahələrinin yaradılması nəzərdə tutulub. Bu, həmin məhsulların idxalının azaldılmasında mühüm rol oynamaqla, ixracın və rəqabət qabiliyyətinin artırılmasında xüsusi əhəmiyyət daşıyacaq.

Ətraflı: Şərur Sənaye Məhəlləsi mühüm...