Babək şəhərində yeni istifadəyə verilmiş bazar kompleksində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub. Təşkil olunan yarmarkaya 75 ailə təsərrüfatçısı tərəfindən 130 çeşiddə, 2900-ə yaxın qablaşdırılmış məhsul çıxarılıb.
Şahbuz şəhərində Heydər Əliyev prospektində təşkil olunan növbəti ailə təsərrüfatı məhsullarının satış yarmarkasında rayonun 24 yaşayış məntəqəsindən 50-ə yaxın ailə təsərrüfatı sahibləri iştirak edib. Yarmarka iki gün davam edib. Ailə təsərrüfatçıları tərəfindən 11 növdə, 104 adda 2958 qablaşdırılmış məhsulların satışı təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm Naxçıvan xalqının tarixi keçmişinin, mədəni irsinin öyrənilməsində əhəmiyyətli rol oynayır.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” ixtisasının tələbələri ilə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamın icrası ilə bağlı keçirilən “Muzey günləri” çərçivəsində İqtisadiyyat Nazirliyinin kollektivi "Əlincəqala" Tarix Mədəniyyət Muzey Kompleksini və Gülüstan Türbəsini ziyarət edib.