Azərbaycanda yeni 1, 5 və 50 manatlıqlar dövriyyəyə buraxılır

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin müvafiq qərarına əsasən 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilmişdir. Bununla əlaqədar, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (nağd ödəniş terminalları, bankomatlar, cash-in/cash out aparatları, pul sayan və emal edən sistemlər, pul yoxlayan detektorlar və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adoptasiyası) məqsədilə bütün kommersiya bankları və qeyri-bank ödəniş təşkilatları 20 oktyabr 2020-ci il tarixdə məlumatlandırılmış və müvafiq pul nişanları ilə təmin edilib.

Ətraflı: Azərbaycanda yeni 1, 5 və 50...

Yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası inşa olunur

Muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə xüsusi diqqət yetirilir, gələcək perspektivlər də nəzərə alınaraq yeni günəş və su elektrik stansiyaları inşa olunur. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, blokada şəraitində olan muxtar respublikada elektrik enerjisinə olan tələbat yerli istehsal hesabına ödənilməklə yanaşı, həm də ixrac imkanları yaranıb.

Ətraflı: Yeni Külək-Günəş Hibrid Elektrik...

Ümumi daxili məhsul istehsalı iqtisadi inkişafı xarakterizə edən əsas amildir

Ümumi daxili məhsul istehsalı bir ölkənin sərhədləri çərçivəsində müəyyən bir zaman ərzində, əsasən, illik olaraq istehsal edilən son məhsulların və xidmətlərin ümumi məcmusudur. Davamlı inkişaf edən ölkə­lərin təcrübəsi göstərir ki, ümumi daxili məhsul istehsalında sənaye sahəsi özünün liderliyini qoruyub saxlayır.

Ətraflı: Ümumi daxili məhsul istehsalı...