Ötən il verilən mənşə sertifikatları yerli məhsulların ixrac imkanlarını artırıb

Bu gün ölkəmizdə eləcə də, onun ayrılmaz hissəsi olan muxtar respublikamızda iqtisadiyyatın şaxələndirilməsi, dünya bazarına daha çox növ və çeşiddə məhsulların çıxarılması, milli brendlərin yaradılması, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası mühüm istiqamət kimi qarşıya qoyulmuşdur. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, prioritet sənaye sahələrinin müəyyən olunması, ixracyönümlü yerli məhsulların həcminin artırılması son illərdə aparılan iqtisadi islahatların əsas tərkib hissəsini təşkil edir.

Ətraflı: Ötən il verilən mənşə sertifikatları...

Muxtar respublika sahibkarları Azərbaycan-Özbəkistan biznes forumunda iştirak edib

Yanvarın 27-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə onlayn formatda Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. Biznes Forumunun keçirilməsində əsas məqsəd ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, hər iki ölkənin ixrac və investisiya potensialı, biznes təşəbbüslərinin stimullaşdırılması, eləcə də biznes və investisiya mühitinin  yaxşılaşdırılması olub.

Ətraflı: Muxtar respublika sahibkarları...

Kənd təsərrüfatı yarmarkaları daxili bazarın qorunmasında böyük rol oynayır

Alman dilindən tərcümədə “hər il keçirilən bazar” mənasını verən yarmarkalar müasir dövrdə pərakəndə ticarətin mühüm satış formalarından biridir. Bazar infra­strukturunda mühüm yer tutan yarmarkaları digərlərindən fərqləndirən əsas cəhətlərdən biri onların müəyyən dövrdən bir – həftədə bir və ya ildə bir neçə dəfə keçirilməsidir. Yarmarkaların mahiyyətinə görə fərqli cəhətlərindən biri də alqı-satqı əməliyyatlarında yalnız iki tərəfin – məhsul sahibinin və istehlakçının olmasıdır.

Ətraflı: Kənd təsərrüfatı yarmarkaları daxili...