İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb

Prezident İlham Əliyev “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.

Ətraflı: İqtisadi Zonaların İnkişafı Agentliyi...

Torpaq mülkiyyətçilərinin nəzərinə

Muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırılır ki, 2021-ci ildə Gəmiqaya Taxıl Məhsulları MMC və digər taxıl qəbulu müəssisələri tərəfindən tələbatdan artıq istehsal olunmuş buğda, arpa və qarğıdalı məhsulları aşağıda qeyd edilmiş qiymətlərlə satın alınacaqdır:

Ətraflı: Torpaq mülkiyyətçilərinin nəzərinə

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib

Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirlərdə iştirak edib.

Ətraflı: Prezident İlham Əliyev Sumqayıt Kimya...

İqtisadiyyat Nazirliyində ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

 Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2020-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə açan nazir Tapdıq Əliyev bildirib ki, ötən 2020-ci ildə makroiqtisadi sabitliyin qorunması, innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, özəl sektorun stimullaşdırılması, yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişləndirilməsi, ən başlıcası isə, qazanılan naliyyətlərin vətəndaşların rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsi muxtar respublika iqtisadiyyatının dinamik inkişafını təmin edib.

Ətraflı: İqtisadiyyat Nazirliyində ötən ilin...