Soyuducu anbarlara 7255 ton kartof məhsulu tədarük olunub

Əhalinin payız-qış mövsümündə kənd təsərrüfatı məhsullarına olan tələbatının tam və dolğun şəkildə, ekoloji cəhətdən təmiz, yerli istehsal məhsulları ilə təmin olunmasında soyuducu anbar və istixana komplekslərinin rolunu xüsusilə vurğulamaq lazımdır. Soyuducu anbarların yaradılması payız və qış dövründə istehlakçılara keyfiyyətli meyvə və tərəvəzin  çatdırması ilə yanaşı ixracı da artırmağa imkan verir.

Ətraflı: Soyuducu anbarlara 7255 ton kartof...

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.

Ətraflı: 31 dekabr - Dünya Azərbaycanlılarının...

Naxçıvan şəhərində yeni yaşayış kompleksinin təməli atılmışdır

Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində yeni tikiləcək “Gənclər Yaşayış Kompleksi”nin layihəsinə baxmışdır.

Məlumat verilmişdir ki, kompleks 7 doqquzmərtəbəli binadan ibarət olacaqdır. Yaşayış binalarında 2-3-4 otaqlı olmaqla, 378 mənzil olacaqdır. Kompleksdə həyətyanı sahə və istirahət parkı yaradılacaqdır.

Ətraflı: Naxçıvan şəhərində yeni yaşayış...

Naxçıvan şəhərində yeni “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilib

Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında gənclərə qayğı dövlət siyasətinin əsas istiqamətidir. Ümummilli liderimiz Heydər Əliyevin “Gənclərlə ciddi məşğul olmaq - Azərbaycanın gələcəyi haqqında düşünmək, gələcəyi naminə çalışmaq deməkdir”, – fikirləri əsas götürülərək gənclərin hərtərəfli inkişafına və sosial təminatına xüsusi diqqət yetirilir. Həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasıdır.

Ətraflı: Naxçıvan şəhərində yeni “Gənclər...

İqtisadiyyat Nazirliyinin kollektivi əsgərlərə sovqat aparıb

Dekabrın 28-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi, "Xəyal" və "Nuh yurdu" iaşə obyektlərinin nümayəndələri  31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Naxçıvan şəhərindəki “N” saylı hərbi hissənin əsgərləri ilə görüşüb, onlara sovqat təqdim ediblər.

Ətraflı: İqtisadiyyat Nazirliyinin kollektivi...