Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsində Virtual Sahibkarlar Yarmarkası fəaliyyətə başlayıb. Virtual yarmarkada muxtar respublikadan olan sahibkar qadınların əl işləri yer alıb.
Muxtar respublika əhalisinin ərzaq məhsullarına olan tələbatının yerli, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunmas, süni qiymət artımının qarşısının alınması, istehsalçıların öz məhsullarını birbaşa istehlakçılara çatdırması məqsədilə Naxçıvan şəhəri Xətai küçəsində yerləşən Mərkəzi Bazarda hər həftənin şənbə və bazar günlərində təşkil olunan kənd təsərrüfatı məhsulları yarmarkasının keçirilməsi davam etdirilir.
İğdır-Naxçıvan qaz kəməri layihəsinin bir il ərzində tamamlanması planlaşdırılır.
Bunu Türkiyənin Enerji və təbii sərvətlər naziri Fatih Dönməz Azərbaycanın enerji naziri Pərviz Şahbazov ilə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin “Menecment” və “Naxçıvan” Universitetinin “İqtisadiyyat” ixtisasları üzrə IV kurs tələbələri Naxçıvan Biznes Mərkəzində olublar.
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Babək rayonunda da uğurla icra olunur, kompleks-quruculuq tədbirləri həyata keçirilir. İstifadəyə verilən müasir sosial obyektlər əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, Babək rayonunu da müasir yaşayış məntəqəsinə çevirib, məskunlaşma artıb, rayon mərkəzi və kəndlər böyüyüb.