Naxçıvan duzu daha keyfiyyətli istehsal ediləcək

Ötən ildən başlayaraq Duzdağda yeni şaxta açılır. Bu məqsədlə 390 metr uzunluğunda tunel çəkilib. Naxçıvanın brendinə çevrilmiş duzun istehsal və satış həcmini artırmaq məqsədilə mədənə yaxın ərazidə yeni istehsal müəssisəsi də qurulur. Naxçıvan duzunun istehsal həcminin və keyfiyyətinin artırılması onun  ixrac imkanlarını da genişləndirəcək.

Ətraflı: Naxçıvan duzu daha keyfiyyətli...

Maddi və mədəni irsimiz olan xalçaçılıq sənəti inkişaf etdirilir

Tükənməz sənət imkanlarını göstərən xalçaçılıq həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə ehtiva edən qiymətli el sənətidir. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Xalça bizim millisənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir”.

Ətraflı: Maddi və mədəni irsimiz olan...

2020-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

Muxtar respublikada 2020-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 292 milyon 937 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 4978,2 manata çatmışdır.

Ətraflı: 2020-ci ilin yanvar-oktyabr aylarında...

Mərkəzi Bazarda təşkil olunan yarmarkaya 80 tondan artıq məhsul çıxarılıb

Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil olunub. Yarmarkaya muxtar respublikamızın ayrı-ayrı rayonlarından 80 tondan artıq müxtəlif  yerli ərzaq və kənd təsərrüfatı məhsulları, o cümlədən 20 istehsal müəssisəsi və 150-ə yaxın ailə təsərrüfatçısı tərəfindən 268 çeşiddə, 43 növdə keyfiyyətli məhsullar çıxarılıb.

Ətraflı: Mərkəzi Bazarda təşkil olunan...

İqtisadiyyat Nazirliyində payız-qış mövsümünə hazırlıqla bağlı maarifləndirici tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliklərinin birgə fəaliyyət planına uyğun olaraq 20 noyabr 2020-ci il tarixində İqtisadiyyat Nazirliyində nazirliyin və tabeli qurumlarının əməkdaşlarının iştirakı ilə payız-qış mövsümünə hazırlıqla bağlı maarifləndirici tədbir keçirilmişdir.

Ətraflı: İqtisadiyyat Nazirliyində payız-qış...