Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin “Menecment” ixtisası üzrə IV kurs tələbələri, eləcə də “Naxçıvan” Universitetinin “İqtisadiyyat” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin muxtar respublikanın iri sənaye müəssisələrindən olan “Cahan Pen” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal prosesinin xammaldan hazır məhsuladək bütün mərhələləri ilə əyani tanışlığı təşkil olunmuşdur.
Son illər muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə olunur, yeni su və günəş elektrik stansiyaları istifadəyə verilir. Enerji təhlükəsizliyimizin təmin olunmasına mühüm töhfə verən bu layihələrin davamı olaraq Culfa rayonunda yeni 1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyası tikilir.
Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil olunub.
Yarmarkaya muxtar respublikamızın bütün bölgələrindən ailə təsərrüfatçıları tərəfindən 100 tona yaxın müxtəlif yerli ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb. Mövsümlə əlaqədar daha çox kənd təsərrüfatı məhsulları, xüsusilə də kartof, soğan, kələm, balqabaq, çuğundur, nar, şərq xurması və digər məhsullar çoxluq təşkil edib.
Naxçıvan Biznes Mərkəzində “İdeyadan başlanğıca” layihəsi çərçivəsində İqtisadiyyat Nazirliyinə təqdim olunan stratap layihələrinin müsabiqəsi keçirilib.Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Naziri Tapdıq Əliyev çıxış edərək bildirib ki, “Ali və orta ixtisas təhsilli müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli Sərəncamı Naxçıvan Muxtar Respublikasında yaradıcı gənclərin potensiallarının üzə çıxarılması, onların təşəbbüslərinin stimullaşdırılması istiqamətində çox əhəmiyyətli rola malikdir.
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələri üçün seminar keçirilib. “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən keçirilən seminarın əsas mövzusu muxtar respublikada yerli resurslardan səmərəli istifadə etməklə rəqabətqabiliyyətli, yeni sənaye sahələrinin, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılması və fəaliyyətinin dəstəklənməsi, muxtar respublika iqtisadiyyatının prioritet hesab olunan sahələri üzrə ilkin investisiya layihələrinin hazırlanması və startap ideyalarının formalaşdırılması olub.