Ailə təsərrüfatlarının əsasən, istehsalyönümlü iqtisadi fəaliyyət sahələrini əhatə edərək, muxtar respublikada daxili bazarın daha keyfiyyətli və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təminatında və bu istiqamətdə idxaldan asılılığın azaldılmasında, eləcə də kənd yerlərində məşğullun təmin olunmasında müstəsna rolu var.
2020-ci ilin ötən dövründə muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla əsaslanan, ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində tədbirlər davam etdirilərək “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrası çərçivəsində iqtisаdiyyаtın bütün sаhələri üzrə dövlət mаliyyə və özəl investisiya hesabına 124 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 64 sahənin yaradılması davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamın icrası ilə bağlı keçirilən “Muzey günləri” çərçivəsində İqtisadiyyat Nazirliyinin kollektivi Naxçıvan şəhərində yerləşən Milli Dəyərlər Muzeyini ziyarət edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edir.
Muxtar respublikanın əlverişli iqlim şəraiti kənd təsərrüfatının əhəmiyyətli sahələrindən olan meyvəçiliyin və tərəvəzçiliyin inkişafına da şərait yaradır, meyvə və tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi ilə bağlı tədbirlər uğurla davam etdirilir. Görülən işlər yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik məhsulların istehsalı ilə nəticələnir ki, bu da muxtar respublika əhalisinin sağlamlığının qorunması və rifahının yüksəldilməsi deməkdir.