Azərbaycan məhsulları “3-cü Çin Beynəlxalq İdxal Sərgisi”ndə təqdim olunacaq

Noyabrın 5-10-dək Çin Xalq Respublikasının Şanxay şəhərində “Çin Beynəlxalq İdxal Sərgisi” keçiriləcək.

Sərgidə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən 20-dən çox şirkətin istehsal etdiyi məhsullar - nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, un və qənnadı məmulatları, çay, mürəbbə, kompot, limonad, meyvə quruları və s. nümayiş olunacaq.

Ətraflı: Azərbaycan məhsulları “3-cü Çin...

Sahibkarlığın inkişafına dövlət qayğısı Babək rayonunda yeni istehsal sahələrinin yaradılmasını təmin edib

Muxtar respublikamız ötən 25 il ərzində sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm qoymuşdur. Bu illər ərzində iqtisadiyyatın əsasını təşkil edən sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmış və bunun nəticəsidir ki, indi təkcə Naxçıvan şəhərində yox, qədim diyarın bütün rayonlarında emal və sənaye sahələri fəaliyyət göstərir.

Ətraflı: Sahibkarlığın inkişafına dövlət...

Arıçılığın inkişafı diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası əlverişli iqlim şəraiti və qədim tarixi ənənələri ilə böyük arıçılıq potensialına malikdir. XIX əsr və XX əsrin əvvəllərindən Naxçıvanda arıçılığın xüsusi təsərrüfat sahəsinə çevrildiyi, hətta bəzi təsərrüfatlarda böyük arıxanaların olması haqqında məlumatlar vardır. XIX əsr rus tədqiqatçısı V.Q.Qriqoryevin məlumatlarına görə, həmin yüzilliyin 30-cu illərində Ordubad dairəsində əhalinin əksəriyyəti arıçılıqla məşğul olurdu. Tədqiqatçı N.N.Şavrov yazırdı ki, Ordubad qəzasında 3500 arı ailəsi saxlanılırdı.

Ətraflı: Arıçılığın inkişafı diqqətdə saxlanılır

Hamiliyə verilmiş tələbələrlə görüş keçirilib

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və ali təhsil müəssisələri ilə qarşılıqlı təsdiq olunmuş 2020-2021-ci tədris ili üçün tədris planına uyğun olaraq oktyabr ayının 30-da “Naxçıvan” Universitetinin İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrlə görüş keçirilmişdir.

Ətraflı: Hamiliyə verilmiş tələbələrlə görüş...

Hamiliyə verilmiş tələbələrlə görüşlər davam etdirilir

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və ailə təhsil müəssisələri ilə qarşılıqlı təsdiq olunmuş 2020-2021-ci tədris ili üçün tədris planına uyğun olaraq oktyabr ayının 29-də Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrlə görüş keçirilmişdir.

Ətraflı: Hamiliyə verilmiş tələbələrlə...