Muxtar respublikada sahibkarlığın və iqtisadiyyatın inkişafı diqqət mərkəzindədir

Son illər ərzində muxtar respublikada irimiqyaslı və hərtərəfli iqtisadi islahatlar uğurla reallaşdırılmış, həyata keçirilən davamlı tədbirlər sayəsində əlverişli biznes və investisiya mühiti formalaşdırılmışdır.

Müasir zəmanəmizin bütün çağırışlarına tam cavab verən çoxşaxəli və sənayenin dinamik inkişafında xüsusi önəm daşıyan yeni-yeni qabaqcıl müəssisələr fəaliyyətə başlamışdır. Sevindirici haldır ki, həmin müəssisələr arasında həm daxili bazarın tələbatını ödəmək qabiliyyətində olan, həm də ixracyönümlü məhsul buraxan istehsalat sahələri çoxluq təşkil edir.

Ətraflı: Muxtar respublikada sahibkarlığın və...

Mərkəzi Qida Sınaq Laboratoriyası işini günün tələblərinə uyğun qurub

Muxtar respublikada istehsal edilən və idxal olunan qida, eləcə də ixrac məhsullarının keyfiyyət və təhlükəsizliyinin təmin olunmasında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəsna rolu var. 2001-ci ildən fəaliyyət göstərən Mərkəzin əsas iş prinsipi istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi və daxili bazarın keyfiyyətsiz məhsullardan qorunması sahəsində dövlət nəzarətini təmin etməkdən ibarətdir.

Ətraflı: Mərkəzi Qida Sınaq Laboratoriyası...

Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında taxıl məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır

Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasında birbaşa iştirak edən, əhalinin davamlı olaraq ərzaqla təmin olunması missiyasını üzərinə götürən kənd təsərrüfatçıları dövlətin xüsusi diqqət və qayğısı ilə himayə olunmuşlar.

Ətraflı: Əhalinin ərzaq təhlükəsizliyinin...