Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib

Prezident İlham Əliyev iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, Sərəncamda deyilir: "Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur.

Ardını oxu...

“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilib

NUHÇIXAN xəbər verir ki, iyunun 3-də “Bakı Enerji Həftəsi-2023” çərçivəsində “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilib. “Heydər Əliyev ili” çərçivəsində Naxçıvan şəhərində təşkil olunan xüsusi sessiyanın iştirakçıları ilk öncə Ulu Öndərin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisində tədbir iştirakçıları ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli arasında görüş keçirilib.

Ardını oxu...

Şərurda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

NUHÇIXAN xəbər verir ki, iyunun 2-də Şərur rayonunda gücü 3 meqavat olan yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verib ki, Şərur Günəş Elektrik Stansiyasının layihə gücünün daha 3 meqavat artırılaraq 11 meqavata çatdırılması üçün 10 may 2022-ci il tarixdə İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında müqavilə imzalanıb.

Ardını oxu...

Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda necə tənzimlənir?

Dövlət satınalmaları haqqında Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirdiyi, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarının müəyyən edildiyini göstərir.

Ardını oxu...

Fuad Nəcəfli: “Naxçıvanda günəş elektrik stansiyası tikiləcək”

“İki gündən sonra energetika naziri Pərviz Şahbazov və Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfi, eyni zamanda xarici şirkət rəhbərlərini Naxçıvan Muxtar Respublikada qonaq edəcəyik”.

NUHÇIXAN xəbər verir ki, bunu iyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid, qazi övladları, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş, təkvalideynli uşaqlar, eləcə də fəal kursant və şagirdlərlə görüşdə deyib.

Ardını oxu...

İqtisadiyyat naziri Tapdıq Əliyev tələbələrlə görüşüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev istehsalat təcrübəsini başa vuran tələbələrlə görüş keçirib. 

Görüşdə Tapdıq Əliyev tələbələri təbrik edərək təhsillərində uğurlar arzulayıb və onların dövlətimizin gənclərə göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib. İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən tələbələr bu təcrübədən layiqincə yararlanacaq, ölkəmizin, o cümlədən muxtar respublikamızın dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib.

Ardını oxu...

"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işini başa vurub

Bu gün Naxçıvan Biznes Mərkəzində "PAŞA Bank"ın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti və Naxçıvan İqtisadiyyat Nazirliyi, eləcə də naxçıvanlı sahibkarların iştirakı ilə "Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı keçirilib.

Ardını oxu...

Fuad Nəcəfli: "Naxçıvan azad iqtisadi zonaya çevrilir"

"Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir. Sahibkarlar və investorlar üçün yeni üfüqlər açılır".

NUHÇIXAN xəbər verir ki, bu fikirləri bu gün Naxçıvanda keçirilən "Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli səsləndirib. 

Ardını oxu...

Bəhruz Nağıyev: "Naxçıvanda bütün sahələrin inkişafı üçün həm potensial, həm də infrastruktur var"

Xəbər verdiyimiz ki, Naxçıvan Biznes Mərkəzində "PAŞA Bank"ın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti və Naxçıvan İqtisadiyyat Nazirliyi, eləcə də naxçıvanlı sahibkarların iştirakı ilə "Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı keçirilir. 

Ardını oxu...

 
Dekabr 2024
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
833741
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
225
375
925
6882
833741

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915