Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvana işgüzar səfər edib
Ordubad konserv zavodu yenidən işə salınır
“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilən sərgidə Naxçıvan məhsulları nümayiş edilir
Muxtar respublikada kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb
"Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransı öz işinə başlayıb
Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
Dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilib
Naxçıvanda sahibkarlığın inkişafı barədə müzakirələr aparılıb
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib
Avropa İttifaqının nümayəndə heyəti "Badamlı" Mineral Sular Zavodunun fəaliyyəti ilə tanış olublar
 
 
 
 
    

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasında rəsmi səfərdə olub

Sentyabrın 25-də Azərbaycana rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı. Türkiyənin və Azərbaycanın Dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər. Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Ardını oxu...

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” – müasir Naxçıvanın yeni yüksəlişinin yol xəritəsi

 Son illər ərzində regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində, demək olar ki, bölgələrin siması dəyişib. Bu tərəqqi, innovativ inkişaf, əlbəttə ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasından da yan ötməyib. Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvanın qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar açıb. Hazırda bu imkanlardan istifadə edilməklə muxtar respublikanın sosial-iqtisadi həyatında, o cümlədən əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması əsas prioritetlərdən birinə çevrilib.

Ardını oxu...

Naxçıvan məhsulları “WorldFood Moscow 2023” Beynəlxalq ərzaq sərgisində təmsil olunur

Sentyabrın 19-da Moskvadakı “Krokus-Ekspo” Sərgi Kompleksində 32-ci “WorldFood Moscow” Beynəlxalq ərzaq sərgisi açılıb. Bu il “WorldFood Moscow” sərgisində 39 ölkədən 1000-dən çox şirkət öz məhsullarını təqdim edir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə "Made in Azerbaijan" vahid ölkə stendində qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, qurudulmuş meyvə,  qənnadı məmulatları və digər məhsulların istehsalı və ixracı ilə məşğul olan 19 Azərbaycan şirkəti ilə təmsil olunur.

Ardını oxu...

Soyuducu anbarların yaradılması davam etdirilir

Yerli istehsalın inkişaf etdirilməsi ölkənin iqtisadi tərəqqisinə müsbət təsir etməklə daxili bazarın qorunmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amillər nəzərə alınaraq muxtar respublika iqtisadiyyatının bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə yeni-yeni istehsal və xidmət sahələri istifadəyə verilir. Bunun nəticəsində də özəl sektorun, xüsusən də kənd təsərrüfatının daha da inkişafına səbəb olacaq layihələr reallaşdırılır. Dövlətin maliyyə dəstəyi ilə yaradılan belə istehsal və xidmət sahələri əhalinin keyfiyyətli yerli məhsullarla təmin edilməsinə şərait yaradır.

Ardını oxu...

Düşənbədə 5-ci Məşvərət görüşündə iştirak edən dövlət başçıları “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən digər prezidentlər Düşənbədəki “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar.

 NUHÇIXAN xəbər verir ki, Tacikistan hökumətinin dəstəyi ilə təşkil olunan sərgidə aparıcı şirkətlər öz məhsullarını təqdim edirlər.

Ardını oxu...

Naxçıvan şəhərində hərrac keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən sentyabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə Naxçıvan şəhərində hərrac keçirilib.

Ardını oxu...

Türkiyənin iş adamları ilə görüş keçirilib

 “Naxçıvan Saray”da Türkiyə Respublikasının iş adamlarının Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri çərçivəsində muxtar respublikanın iqtisadiyyat, kənd təsərrüfatı, turizm sahələri ilə tanışlıq, eyni zamanda türk sahibkarlarla əlaqələrin gücləndirilməsi məqsədilə görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev qonaqları salamlayaraq bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olub. Bu əlamətdar ildə keçirilən silsilə tədbirlər sırasında Türkiyədən olan iş adamları ilə görüşün təşkili Naxçıvan üçün olduqca əhəmiyyətlidir.

Ardını oxu...

Naxçıvanda “Aqro festival” keçirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda ilk dəfə “Aqro festival” keçirilir.

 

Festival iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Ardını oxu...

Dövlət satınalmalarında iştirak edən sahibkarların nəzərinə!

Dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə tələb olunan sənədləri elektron qaydada əldə etmək üçün innovativ yeniliklərin tətbiqi, xidmət sferasının genişləndirilməsi və prosedurların optimallaşdırılması ilə istifadəçilərin məmnunluq səviyyəsinin artırılması prioritet əhəmiyyət kəsb edir.

Ardını oxu...

 
Dekabr 2024
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
833574
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
58
375
758
6715
833574

11.10.2022
USD/AZN 1.7000
EUR/AZN 1.6453
RUB/AZN 0.0268
TRY/AZN 0.0915